“Təklif edirəm “4-cü Qardaşlıq Mədəniyyəti” gecəsi Cocuq Mərcanlıda keçirilsin”

17:28 21-10-2017 | icon 548 | Mədəniyyət
“Təklif edirəm “4-cü Qardaşlıq Mədəniyyəti” gecəsi Cocuq Mərcanlıda keçirilsin”

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və İLESAM-ın birgə təşkilatçılığı, “Azərkitab” və “Büyükfırat” qrupunun təşkilatı dəstəyi ilə Dövlət Filarmoniyasında müstəqilliyimizin 26-cı illiyinə həsr olunmuş “3-cü Qardaşlıq Mədəniyyəti” adında ədəbi-bədii gecənin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Türk dünyasının birliyi və bərabərliyinin daha da güclənməsinin vacibliyindən geniş danışıb.

Versus.Az-ın məlumatına görə, millət vəkili çıxışında Qarabağ başda olmaqla Türk dünyasının yaşadığı böyük acılardan, problemlərdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışıb:

“Yeni bir Çanaqqaladan keçirik. Çanaqqalada yüzlərlə Azərbaycan türkü şəhid olub. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə bu gözəl bayramımızı burada birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir mesajdır”.

Q.Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:

“Arzu edirəm ki, gələn bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək.  Təklif edirəm ki  “4-cü Qardaşlıq Mədəniyyəti” gecəsi Cocuq Mərcanlıda keçirilsin və düşmənə daha bir  mesaj verilsin”.

Millət vəkilinin təklifi alqışlarla dəstəklənib.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”