Azərbaycanda təkrar deputat seçilməyə qadağa?

19:02 04-03-2019 | icon 688 | Siyasət
Azərbaycanda təkrar deputat seçilməyə qadağa?

İranda 3 dəfə ardıcıl olaraq deputat seçilmiş şəxslərin növbəti parlament seçkilərində namizəd kimi iştirakı qadağan olunub.

 

Qərara əsasən, 3 dəfə ardıcıl deputat seçilən şəxs növbəti seçkiyə qatıla bilməyəcək və ancaq daha sonrakı seçkidə namizədliyini irəli sürə bilər. Qonşu ölkədə qəbul olunan yeni qərar maraq doğurub. Maraqlıdır, bu, Azərbaycanda da mümkündürmü? Versus.Az Cebhe.info-ya istinadən mövzu ilə bağlı öz mövqelərini bölüşən deputatların fikirlərini təqdim edir. 

 

Milli Məclisin komitə sədrinin müavini, YAP İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadənin sözlərinə görə, yalnız iki ölkədə - İran və Küveytdə deputat seçkisinin sayında məhdudiyyət var:

 

“Digər ölkələrdə deputat seçkisinin sayında məhdudiyyət yoxdur. Seçicinin iradəsindən asılı olaraq parlamentdə  şəxs ya qısa, ya da uzunmüddətli təmsil oluna bilər. Azərbaycanda belə bir prosedur yoxdur. Hesab edirəm ki, bu gün deputat öz mandatını birbaşa seçicidən aldığına görə onun taleyini seçici həll etməlidir”. 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyib ki, Azərbaycanda sözügedən qərar tətbiq edilə bilməz: 

 

“Mən bilmirəm İranda nə baş verib, amma xalq əgər kimisə seçmək istəyirsə, bu, qadağan oluna bilməz. Azərbaycan qanunvericiliyində belə bir şey nəzərdə tutulmadığına görə ölkəmizdə tətbiq edilə bilməz”. 

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanın öz Konstitusiyası, öz qanunları var: 

 

“Niyə İranda nə varsa, Azərbaycanda tətbiq olunmalıdır ki? Hansı ölkə nə qayda yaradırsa, özü bilər. Azərbaycan hansısa ölkənin qanununu özü üçün nümunə götürmür. Beynəlxalq qaydalar və Azərbaycanın qəbul etdiyi Konstitusiya var. Elə ölkə var ki, orada 2, yaxud 4 dəfədən artıq deputat seçilmir. Ölkə necə qəbul edirsə, bu, onların daxili qaydalarıdır. Bizə bunun heç bir aidiyyatı yoxdur”. 

 

 

Deputat Fazil Mustafa hesab edir ki, Azərbaycanda belə bir qayda tətbiq olunarsa, Konstutusiyaya zidd olar. Çünki Azərbaycanda müddət göstərilmir: 

 

“Çünki bu, seçicinin iradəsinə qarşı addımdır. Müəyyən ölkələrdə ola bilsin ki, belə qaydalar var. Azərbaycanda belə bir qayda yoxdur. Türkiyədə bunu partiyadaxili qərar kimi həyata keçirirlər. Tutaq ki, iqtidar partiyası AKP-də 3 dəfədən artıq seçilən növbəti seçkilərə buraxılmır. Amma Azərbaycanda bu, Konstitusiyaya zidd olduğu üçün, məsələni bu formada gündəmə gətirmək doğru deyil”.

Fazil Mustafanın fikrincə, ola bilsin ki, bu qərarı Azərbaycanda partiyalar qəbul etsin: 

“Partiyalar öz sıralarından ayrı-ayrı şəxslərin namizədliyinin irəli sürülməsi məsələsində bu cür davrana bilər. Amma bunu bütövlükdə qəbul etmək Konstitusiyaya və insan hüquqlarına uyğun deyil. Çünki seçici onun etimadını doğruldan adamı 5 dəfə də seçə bilər. Burada nə problem var ki?”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR