"Azərbaycanda dini azadlıq tam şəkildə təmin olunur"

23:50 04-03-2019 | icon 446 | Siyasət
"Azərbaycanda dini azadlıq tam şəkildə təmin olunur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu və “İqls Vinqs” təşkilatının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, görüşdə Mübariz Qurbanlı qonaqlara Azərbaycan haqqında, o cümlədən rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Azərbaycanda din sahəsində mövcud vəziyyət, müxtəlif dini konfessiyaların birgə mövcudluğu haqqında danışan komitə sədri bildirib ki, Azərbaycanda 32 qeyri-müsəlman dini icması qeydiyyatdan keçib və fəaliyyət göstərir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda dini fəaliyyətə qadağa qoyulmur:

 

"Azərbaycanda din sahəsində problem yoxdur, dini azadlıq tam şəkildə təmin olunur, tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

 

M.Qurbanlı həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb:

"Ermənilər bu münaqişəni dini konteksdə göstərmək istəyirlər, ancaq bunun dinlə heç bir əlaqəsi yoxdur, Azərbaycanın xristian ölkələri ilə yaxşı əlaqələri mövcuddur".

 

Görüşdə çıxış edən Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer qonaqlar adından səmimi qəbula görə təşəkkür edib.

O qeyd edib ki, Azərbaycan dinlərarası dialoq, dinlərin birgə mövcudluğu baxımından böyük rol oynayır və dünyaya bir nümunədir. Qonaq bildirib ki, Azərbaycanda tolerantlıq əsrlər əvvəl mövcud olub.

 

Qeyd edək ki, görüşdən əvvəl qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı