Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara təşəkkür edir

23:53 04-03-2019 | icon 362 | Cəmiyyət
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara təşəkkür edir

Xocalı soyqırımının 27-ci ildönümü bu il demək olar ki, dünyanın hər yerində geniş formada qeyd olunub.

 

Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanın diaspor təşkilatları 50-dən çox ölkədə 200-ə yaxın müxtəlif formatlı anım mərasimi təşkil edib. İlk dəfə 20-dən çox diaspor təşkilatı birləşərək Brüsseldə izdihamlı Ümumavropa Qarabağ mitinqi təşkil edib və Azərbaycanın haqq səsini dünyaya çatdırıblar.

 

Əziz soydaşlar, Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümündə göstərdiyiniz həssaslıq, həmrəylik hər birimizə qürur verir. Bir daha sübut olundu ki, xalqımız milli önəm kəsb edən məsələlərdə toparlanmağı, iradəsini ortaya qoymağı bacarır. Xocalı soyqırımı qurbanlarının anımı üçün müxtəlif ölkələrdə keçirilən kütləvi aksiyalar, tədbirlər dünya ictimaiyyətinin diqqətini bir daha xalqımıza qarşı törədilmiş qanlı cinayətə yönəltmək, bu cinayəti törədənlərin ifşa olunması baxımından olduqca əhəmiyyətlidir.

 

Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərinin təşkilatçıları və iştirakçılarına, bu prosesdə dəstəyini əsirgəməyən şəxslərə və təşkilatlara dərin təşəkkürünü bildirir.

 

İnanırıq ki, Azərbaycanı həqiqətlərinin dünyada daha ucadan səslənməsi üçün birgə səylərimiz bundan sonra da davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı