"İslahatlar xarici çağırışlar qarşısında davam gətirməyə imkan verib"

13:05 06-03-2019 | icon 331 | Siyasət
"İslahatlar xarici çağırışlar qarşısında davam gətirməyə imkan verib"

Dünya Bankının hesablamalarına əsasən, Azərbaycan 2000-ci illərin əvvəllərindən iqtisadiyyatın 12 faizdən çox artımını nümayiş etdirir və sürətli inkişaf tempi göstərən dövlətlərdən biridir.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Ə.Əhmədov bildirib ki, buna başlıca olaraq son illərdə iqtisadiyyat və digər sahələrdə aparılan köklü islahatlar şərait yaradıb.

 

Baş nazirin müavini qeyd edib ki, islahatlar xarici çağırışlar qarşısında davam gətirməyə imkan verib:

“Eyni zamanda Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın yaratdığı ciddi çətinliklərlə üzləşib. Bunun nəticəsində ölkə humanitar faciə ilə, bir milyon qaçqın və məcburi köçkünün olması ilə üzləşib. Bununla belə, Azərbaycan öz inkişaf yolunu davam etdirib və bu günkü nailiyyətlər bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat sahəsində təmin olunmuş yüksək səviyyəni nümayiş etdirir”.

 

Baş nazir müavininin sözlərinə görə, Azərbaycanda keçirilmiş islahatlar dünyada iqtisadi konyunkturla bağlı xarici çağırışlara da müaqvimət göstərməyə imkan verdi:

“Bu gün özəl sektorun inkişafına xüsusi diqqət ayrılır, çünki kiçik və orta biznesin genişlənməsi üçün optimal şərtlərin yaradılması iqtisadiyyatda, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluq səviyyəsinin artımında ciddi imkanlar açır”.

 

Ə.Əhmədov bildirib ki, Azərbaycan və inkişaf və təkmilləşmə yolunda inamlı addımlar atır və vurğulayıb ki, bu faktı aparıcı beynəlxalq təşkilatlar qeyd edir:

“Bütün bunlar dövlətin balanslaşdırılmış iqtisadi siyasətinin nəticəsi kimi həm beynəlxalq münasibətlər sistemində, həm də dayanıqlı iqtisadi inkişaf baxımından Azərbaycanın əldə etdiyi uğurları təsdiq edən qlobal hesabatlarda əks olunub”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı