Bakının mərkəzi küçəsində QANUNSUZLUQ

12:56 17-05-2024 | icon 209 | Sosial
Bakının mərkəzi küçəsində QANUNSUZLUQ

Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində yerləşən restoranın qarşısı avtomobillər tərəfindən zəbt olunub.

 

Versus.Az xəbər verir ki, mərkəzi küçədə dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq, həmin ərazidəki səkidən parklanma yeri kimi istifadə olunur. Buradakı qiyməti isə ərazidəki “parkovşik” təyin edib - 2 manat.

 

Bundan əlavə, avtomobillərin səkiyə rahat giriş-çıxışını təmin etmək üçün velosiped zolağını avtomobil yolundan ayıran baryerlər də sökülüb.

 

Qeyd edək ki, sözügedən ərazidə həm yeraltı, həm yerüstü dayanacaq yerləri mövcuddur.

 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

 

İdarənin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, sözügedən ərazidə yol hərəkəti qaydalarını pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

 

 

 

“Təəssüflə qeyd etməliyik ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər avtomobillərini səkidə saxlayaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olurlar. Sürücülərdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, qaydalara biganə yanaşmasınlar və piyadaların həyat və sağlamlığını təhlükə altına atmasınlar”, - deyə T.Nəsirli vurğulayıb.

 

 

aaa

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ