Azərbaycan dünyanın əldə etmək istədiyi döyüş vasitəsini aldı

08:01 22-05-2024 | icon 277 | Gündəm
Azərbaycan dünyanın əldə etmək istədiyi döyüş vasitəsini aldı

"Bir çox ölkələr bu PUA-ları əldə etmək üçün növbə gözləyir"

 

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterinin tapılmasında Türkiyənin “Akınçı” PUA-sı birbaşa rol oynayıb. Qərb və erməni mediası Türkiyə PUA-larını “ölümsaçan”, “qatil döyüş maşını” kimi təqdim edirdi. Lakin “Akınçı”nın icra etdiyi son axtarış əməliyyatı bu PUA-ların fərqli yöndən önəmini bir daha sübuta yetirdi.

 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib  ki, “Akınçı”nın necə yüksək üstünlüyə malik PUA olduğunu bir daha bütün dünya gördü:

 

“Axtarış zamanı sözügedən PUA-nın məhdud görmə şəraitində geniş imkanlara malik optik elektron sistemləri barədə əyani sübutlar ortaya qoyuldu. Ümumiyyətlə, Türkiyə PUA-ları həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Təhlükəsizliyin təmin edilməsində ölkənin əlində olan bütün potensial, PUA-lar hərbi məqsədlər üçün istifadə edilir. Lakin bu dəfə çox mühüm əməliyyatda kifayət qədər yüksək nəticə göstərdi, növbəti uğura imza atdı”.

 

Hərbi ekspertin sözlərinə görə, bir çox ölkələr sözügedən PUA-ları əldə etmək üçün növbə gözləyir:

 

“Azərbaycan Türkiyənin bir çox silah sistemlərinin ilk istifadəçilərindən hesab olunur. “Akınçı” da ölkəmizə idxal olunub, lakin həmin texnikaların sayı barədə rəsmi məlumat verilməsə də, ehtimal ki, ehtiyac duyulan qədər əldə edilib. Türkiyənin istehsal etdiyi istənilən silah sistemi, avadanlıq rəsmi Bakı üçün daim əlçatandır və ilk olaraq ölkəmizə təklif olunur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Suverenliyimiz və ərazi bütövlüyümüz belə bərpa edildi