Alimin elmi dərəcəsi 11 ildən sonra geri ALINDI

11:15 22-05-2024 | icon 251 | Cəmiyyət
Alimin elmi dərəcəsi 11 ildən sonra geri ALINDI

Prezident yanında Ali Attestasiya Komissiyası Aynur Vaqif qızı Quliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və dosent elmi adını geri alıb.

 

Versus.Az xəbər verir ki, bu barədə komissiyanın Rəyasət Heyəti qərar qəbul edib.

 

Qərarın verilməsinə səbəb isə A.Quliyevanın dissertasiya işində aşkar olunmuş elmi plagiat faktının 11 ildən sonra üzə çıxması olub.

 

Ali Attestasiya Komissiyası tərəfindən A.Quliyevaya filologiya elmləri üzrə verilmiş FD seriyalı, 08389 nömrəli 29 oktyabr 2013-cü il tarixli fəlsəfə doktoru diplomu və filologiya elmləri sahəsinin 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı) ixtisası üzrə verilmiş DS seriyalı, 08220 nömrəli 13 may 2022-ci il tarixli dosent attestatı etibarsız sayılıb.

 

Xatırlatma:

Plagiatlığı aşkar edilən dissertasiya işi müəllifin “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında) mövzusunda hazırladığı material olub. /iqtisadiyyat.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI

Zakir Həsənov əmr İMZALADI

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...