Qənirə Paşayeva Tovuzda seçicilərinin qayğıları ilə maraqlanıb

13:07 07-03-2019 | icon 371 | Siyasət
Qənirə Paşayeva Tovuzda seçicilərinin qayğıları ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb, qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

 

Versus.Az-ın məlumatına görə, bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə də maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. O, eyni zamanda fiziki imkanları məhdud insanlarla da görüşən millət vəkili onların qayğıları ilə maraqlanıb.

 

Seçicilər millət vəkili ilə görüşdə şəhid ailələri ilə bağlı qəbul etdiyi sərəncamlarına, problemli kreditlərin həlli ilə bağlı verdiyi qərarlarına, minimum əmək haqqının artırılması ilə bağlı sərəncamlara görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər və Q.Paşayevadan xahişediblər ki, bu təşəkkürlərini dövlət başçısına çatdırsın. Seçicilər bildiriblər ki, Prezidentin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən bu qərarları onların həyatına çox müsbət təsir göstərəcək.

 

Seçicilər eyni zamanda ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı da öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 

Sakinləri tək-tək dinləyərək, onları narahat edən məsələlərlə bağlı qeydlər aparan Q.Paşayeva problemlərin həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

 

Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

 

Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”