Nəvəsini zibil qabına tullayan nənənin ifadəsi dəhşətə gətirdi
Nənə nikahsız dünyaya gələn nəvəsini zibilliyə atıb.
Versus.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Ərzurum şəhərində, Qurtuluş qəsəbəsində baş verib.
Ərzurumda yeni doğulan körpəni zibil qabına atan Ayten Kağızmanlı ilə anası Fadime Kağızmanlının məhkəməsi keçirilib.
Onlar hakim qarşısında ifadə veriblər. Uşağın nənəsinin ifadəsi məhkəmə zalındakıları təəccübləndirib: "Körpəni məscidin qarşısına qoymaq istəyirdim, bağlı olduğuna görə zibilliyə atdım. Sellofanın ağzını bağladım ki, soyuqda üşüməsin"
"Uşaq nikahdan kənar dünyaya gəlmişdi deyə atamın məni öldürəcəyindən qorxdum. Tualetdə doğduğum uşağı sellofana qoyub, anama verdim", - zibilliyə atılan körpənin anası hakim qarşısında söyləyib.
Qeyd edək ki, körpə səsini eşidənlər uşağı zibillikdən çıxarıb, həkim çağırıb, polisə xəbər veriblər. Uşaq hazırda dövlətin himayəsindədir.
Versus.Az
Xəbər lenti
4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA
Sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları...