Məktəbə hazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?- RƏSMİ

17:15 07-03-2019 | icon 481 | Təhsil
Məktəbə hazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?- RƏSMİ

 

Məktəbəhazırlıq qruplarında oxumayan uşaqların I sinfə sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq.

Versus.Az xəbər verir ki, Təhsil TV-nin “Həftənin sualı” verilişində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir mavini İlhamə Abdullayeva I sinfə qəbulla bağlı izləyicilərin suallarını cavablandırıb.

O bildirib ki, övladları məktəbəhazırlıq qrupunda təhsil alan valideynlər bu il I sinfə qəbul üçün heç bir əziyyət çəkməyəcəklər. Çünki artıq məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün şəxsi iş açılıb və onlar digər şagirdlərdən bir pillə öndədirlər:

“Martın 11-i, saat 10-da  belə valideynlərin qeydiyyatdan keçdikləri elektron ünvan və ya mobil telefonlarına elektron ərizəni çap etmələri ilə bağlı bildiriş göndəriləcək. Onların övladlarının təhsil aldığı məktəb, müəllim üzrə elektron soğu avtomatik olaraq sistemə yerləşdirilib. Valideynin öhdəsinə düşən yalnız şəxsi kabinetə daxil olaraq övladının məktəbə sorğusuna dair ərizəsini çap edib ümumtəhsil müəssisəsinə təqdim etməkdir. Bununla da övladı I sinfə qəbul olunmuş hesab edilir. Ərizəni isə sentyabrın 15-ə qədər məktəbə təqdim edə bilərlər”.

Onun sözlərinə görə, valideyn övladının məktəbəhazırlıq sinfində təhsil aldığı məktəbi deyil, başqa ümumtəhsil müəssisəsini istəyirsə, sorğunu silə bilər. O, sorğunu sildikdən sonra yaşadığı ərazi üzrə digər məktəbi seçmək hüququna malikdir.

İlhamə Abdullayeva onu da bildirib ki, məktəbəhazırlıq sinfində təhsil alan və almayan şagirdlər orta məktəb daxilində eyni hüquqlara malikdirlər. Əgər məktəbəhazırlıq şagirdlərinin oxuduğu sinifdə əlavə yerlər olarsa, məktəbəhazırlıq keçməyən şagird də ora qəbul oluna bilər:

“Sinifdə yer olmadıqda isə valideyn digər yeni açılmış sinifdə rahat şəkildə sorğu yerləşdirə bilər. Burada daha tez müraciət etməyin o qədər də əhəmiyyəti yoxdur. Valideynin seçdiyi məktəb yaşadığı ərazi üzrədirsə, şagird məktəbə qəbul olunacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür