"Kim dedi ki, mən qadınam?"

21:29 08-03-2019 | icon 1153 | Kürsü
"Kim dedi ki, mən qadınam?"

 

BƏYBALA MİRZƏYEV

/Tanınmış jurnalist/

 

Martın 7-də anons etmişdim ki, bugünkü paylaşımlarımın mütləq əksəriyyətini lider qadınlara, işgüzar xanımlara həsr edəcəm. Ancaq bu gün heç bir paylaşım etmədim. Bunun da birinci səbəbi odur ki, həmin anonsumu yarıincik, yarıtəəccüb hissilə qarşılayanlar da oldu və mənə irad da bildirildi ki, niyə qadınlar arasında ayrı-seçkilik edirsiniz. Hərçənd ki, mənim belə bir məqsədim, niyyətim yox idi.



İkinci səbəb isə bu gün xanım dostlarımızdan birinə yazdığım təbrik mesajına aldığım bir qədər gözlənilməz cavabla bağlıdır. Real həyatda da çox yaxşı tanıdığım və vaxtilə birgə layihələr etdiyimiz həmin xanım cavab mesajında məni seytnot vəziyyətinə salan belə bir cümlə yazdı: "Təşəkkür, müəllim. Amma bu bayramın mənə aidiyyatı yoxdur. Kim dedi ki, mən qadınam?"



Təsəvvür edirsiniz mən bu cümləni oxuyanda necə şok oldum, sarsıldım? Bu mesaj mənə soyuq duş təsiri bağışladı. Əlbəttə, mesaj sahibi cinsi mənsubiyyətinə görə yüzdə-yüz qadındır, amma ruhən qadın deyil. Çünki qadınlıqdan çox uzaqlaşıb. Söhbət onun ruhən, psixoloji baxımdan güclü qadına (kişi kimi qadına) çevrilməsindən, kişiləşməsindən, sərtləşməsindən, daşlaşmasından, hissizləşməsindən gedir.



Yaşadığı, keçib gəldiyi həyat mərhələləri və bu mərhələlərdə qarşılaşdığı bəzi vecsiz, yaramaz kişi həmcinslərim onu bu cür acınacaqlı duruma gətirib çıxarıb. Onlar bu qadının qadınlıq hisslərini mərhələ-mərhələ öldürüb sıradan çıxarıblar. Son nəticədə isə, "öldürdükləri" həmin o zərif və zəif qadının yerində əsəbi, çılğın, sərt, xarizmatik, təşkilatçı və lider qadın obrazında birisini qoyub gediblər. "Kim dedi ki, mən qadınam?" sualını da məhz bu qadından eşitdim. Zərif qadın isə şübhəsiz ki, heç vaxt belə bir sual verməzdi.



Deməli, liderlik heç də asan başa gəlmir. Liderlik mərhələsinə gəlib çatan qadınların bəziləri çox məşəqqətlərdən keçib gəlməli olurlar.



Əlbəttə, zərifliklə liderliyi bir arada tutmağı, uzlaşdırmağı bacaran xanımlar da az deyil. Amma onların haqqında bu gün nəsə yazmaqdan vaz keçdim. Çünki "Kim dedi ki, mən qadınam?" sualı mənim bugünki bütün yazı planlarımı alt-üst etdi...



P.S. Qadınlığınızı öldürməyə çalışanlardan, sizi zərif cinsin nümayəndəsi olmaqdan çıxarıb güclü məxluqa çevirmək istəyənlərdən özünüzü qoruyun, əziz xanımlar.

Bir daha bayramınız mübarək olsun

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi