"Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi qanunauyğundur"

13:16 28-06-2024 | icon 51 | Siyasət
"Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi qanunauyğundur"

Ceyhum Məmmədov: “Bəzi qruplar Parlamentin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verir” 

 


“Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri Milli Məclisə bu il keçiriləcək seçkilərlə bağlıdır. Bəzi qrupların Parlamentin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verməsi özünü açıq göstərir".

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov bildirib.

 

Deputat Konstitusiya Məhkəməsinin Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxaraq Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin təyin edilməsini qanunauyğun hesab etdiyini qeyd edib.

 

O cümlədən Parlamentin fəaliyyətini təhlil edərkən bir neçə vacib məqama diqqət çəkib:

 

“Fəaliyyəti müddətində parlament bir neçə parlament ittifaqına rəhbərlik etdi. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında və fəaliyyətinin qurulmasında Azərbaycan Parlamenti üzərinə düşən işi ləyaqətlə yerinə yetirdi. Ötən dövrdə Parlament həm xaricdə həm də ölkə daxilində onlarla tədbirdə fəal şəkildə iştirak edib. Sahibə xanım, Siz və Milli Məclis Aparatının əməkdaşları demək olar ki, fəaliyyət dövrünün böyük hissəsini təyyarədə və yolda keçirdiniz. Bir sözlə Prezident İlham Əliyevi rəhbərliyi ilə ötən dövrdə Parlament diplomatiyası üzərinə düşən missiyanı böyük məsuliyyət və ləyaqətlə yerinə yetirdi”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK