Aleksandr Serovun konserti olacaq

12:31 11-03-2019 | icon 540 | Mədəniyyət
Aleksandr Serovun konserti olacaq

Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Aleksandr Serovun solo konserti olacaq.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, məşhur estrada ulduzu konsert proqramında milyonların sevgisini qazanmış hitləri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.

 

Aleksandr Serov virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən çox yaradıcılığı ərzində müxtəlif albomlar yazdırıb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoy olub.

 

ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə qastrollarda olub. Aleksandr Serovun anşlaqla keçən hər bir konsertində publika onun ifasını zövqlə dinləyir.

 

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 30, 40, 50, 60, 80, 100, 120, 150 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı