“Sülh platforması” bir tərəfli olmamalıdır - Bəyanat

13:05 11-03-2019 | icon 553 | Siyasət
“Sülh platforması” bir tərəfli olmamalıdır - Bəyanat

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Qarabağ Komitəsinin martın 16-na təyin etdiyi mitinq və bəzi təşkilati məsələlərlə yanaşı, yenidən bəzi mətbu orqanlarında ermənilərin Bakıya gələcəyi və bunu bir “bayram” kimi təqdim olunması müzakirə olunub və bununla bağlı bəyanat qəbul olunub.

 

Versus.Az-ın məlumatına görə, Bəyanatda deyilir:

 

“Azərbaycan-Ermənistan sülh platformasına” ermənilərin və azərbaycanlıların qoşulması və bu “platforma” əsasında ermənilərin Azərbaycana gələ biləcəyi məsələsi müzakirə olunub. Çıxış edənlər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Ermənistandan yüz minlərlə qovulan azərbaycanlıların hüquqları bərpa olunmadan, Ermənistan hökuməti tərəfindən azərbaycanlıların öz torpaqlarına qayıtmağına şərait yaradılmadan ermənlilərin Azərbaycana gəlməsi qəbul olunmazdır.

 

Hesab edirik ki, “Sülh platforması” bir tərəfli olmamalıdır. Digər tərəfdən minlərlə azərbaycanlı Ermənistanda hələ də girovda saxlanılır. Hesab edirik ki, azərbaycanlılar yaxın tariximizdə ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirən soyqırımları yaddan çıxarmamalıdır. Torpaqlarımız işğal altında olduğu halda bizi nə ilə və kiminlə barışdırmaq istəyirlər. Hansı sülhün yaradılmasından danışılır? Bugünkü şəraitdə sülh yaratmaq adı ilə düşmənlə əməkdaşlıq edilməsi yalnız işğalçı və onların havadarlarının istəkləri ola bilər. Sülh platformaları kimi layihələrlə işğal faktının unutdurulması məqsədi güdülür.

 

Bu yaxınlarda yenə erməni Bakiya səfərə gəldi, niyə? Biz kimə və nəyi göstərmək istəyirik? Azərbaycanda vaxtilə yasayan erməniləri Bakıya gətirməkdə məqsədiniz nədir? Niyə vaxtilə Ermənistanda yaşayan və bu gün ölkəmizdə qaçqın olan azərbaycanlıları Ermənistana aparmırsınız? Amma statistikaya görə, hazırda Azərbaycanda 60 mindan cox erməni yaşayır. Elə bunları çəkib dünyaya göstərsəniz yetər. Daha dığaları Azərbaycana gətirib gəzdirməyə nə ehtiyac var? Ermənistan mono respublikadır və orada nəinki azərbaycanlılar, hec digər millətlər də qalmayıb.

 

Biz bir daha bəyan edirik ki, bugünkü iqtidar Dağlıq Qarabağ məsələsində yanlış siyasət aparır, düzgün təbliğat təşkil etmir".

 

İclasda partiyanın Qarabağ Komitəsinin martın 16-da keçirəcək mitinqə dəstək verəcəyi qərarı qəbul olunub.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı