Ürək bulantısı
XƏSTƏLİKLƏRDİRMİ?

09:18 09-07-2024 | icon 917 | Sağlamlıq
Ürək bulantısıXƏSTƏLİKLƏRDİRMİ?

Nərminə Abbasova: “Ürək bulanmasına mədə xəstəliyi demək də düzgün deyil”

 

Yəqin ki, ürəkbulanması olan hər kəs tez-tez, bəzən hətta hər gün baş verən ürək bulanmasının nədən xəbər verdiyini bilmək istəyər. Versus.Az bunu nəzərə alaraq ailə həkiminin təqdimatında oxucuları maraqlandıran məsələlərə aydınlıq gətirir.

 

MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova deyir ki, çox rast gəlinən ürəkbulanma simptomu artıq əvvəlki kimi təkcə hamiləlik və ya zəhərlənmənin əlaməti deyil. İndi ürəkbulanmaların səbəbi və mənbəyi də fərqlidir: 

 

“Mədə-bağırsaq traktında - qastrit, kolit, xora, enterokolit, mədə və 12 barmaq bağırsağın iltihabi xəstəlikləri səbəbindən ürəkbulanma ola bilər. Xüsusən səhərlər və çox müddət ac qaldıqda, istiotlu, acı qidalar yedikdə. Ağır, quru və qızardılmış yeməklərdən sonra baş verən ürəkbulanma öd və öd yollarının problemindən, öd durğunluğu, mədəaltı vəz pankreatiti və xoralardan xəbər verir. Hipertonik kriz zamanı arterial təzyiq qalxanda ürəkbulanma və qusma olur. Səhər tezdən qalxan kimi ürəkbulanma olarsa, bu öd durğunluğu, öd şirəsinin mədəyə axması zamanı olur. Baş ağrısı ilə yanaşı ürəkbulanmanın olması miqren və klaster baş ağrılarında, kəllə beyin travmaları, şişləri və xəstəliklərində olur. Ciddi ürəkbulanma, baş gicəllənmə, başağrısı beynin iltihabi xəstəliyi olan qorxulu meningitin əlaməti ola bilər. Ürəkbulanma beyin qan dövranı pozulması, insult əlaməti də olur. Bədənin və qaraciyərin intoksikasiyası zamanı da ürəkbulanma baş verir. Eləcə də virus xəstəlikləri, rotavirus, bağırsaq qripində qusma, ishal yol yoldaşıdır. Bir sözlə, ürək bulanması bəzən bir xəstəliyin əlaməti, bəzən də müvəqqəti bir vəziyyət ola bilər. Ürəkbulanma insanları narahat edən, adətən qusma ilə müşayiət olunan emosional vəziyyətdir. Qusma mədə tərkibinin qida borusu və ağızdan güclü bir reflekslə atılmasıdır”.



Bəs bulantı nədir?


Nərminə xanım bildirdi ki, bulantı bədənin müxtəlif mexanizmlərindən gələn stimullar nəticəsində ürəkbulanma və qusma ilə nəticələnə bilən bir reaksiyadır. Onun sözlərinə görə, ürək bulanmasına mədə xəstəliyi demək də düzgün deyil:

 

“Bulantı tərləmə, dəri solğunluğu, həddindən artıq tüpürcək, yavaş ürək döyüntüsü, aşağı qan təzyiqi və iştahsızlıqla müşayiət oluna bilər. Qusma beynin "medulla oblongata"nın arxa hissəsində yerləşən "qusma mərkəzi" tərəfindən tənzimlənir. Bu mərkəzi beynin emosional, vizual və eşitmə bölgələrindən, daxili qulaqdan və həzm sistemindən gələn siqnalları qəbul edir. Qusma mərkəzi, həzm sistemi, bədəndəki digər orqanlar, beyin qabığı, tarazlıq orqanı və kimyəvi maddələrə həssas olan reseptorlar müayinə sahəsindən sinir stimullaşdırılması alır. Bulantıdan sonra qarşısıalınmaz qusma hissi yaranır. Qeyd edim ki, ürəkbulanma ilə əlaqəli simptomlar arasında başgicəllənmə, huşunu itirmə, ağız quruluğu, ishal, qızdırma, qarın ağrısı və sidiyin azalması da daxildir”.



Həkim ürək bulanmasına yaxşı təsir edə biləcək üsullardan da bəhs etdi. Bildirdi ki, təkrarlanan və davamlı ürəkbulanma olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Ürək bulanmanın qarşısını almaq üçün isə müəyyən tədbirlər görülməlidir:

 

“Açıq havaya çıxmaq və dərindən nəfəs almaq ürək bulanmasına yaxşı təsir edir. Açıq havada gəzintilər adamı ürəkbulanma fokusundan yayındıra bilər. Özünüzü yaxşı hiss etdirən gözəl və təravətləndirici qoxuları hiss edə bilərsiniz. Bulantı başgicəllənmə ilə müşayiət olunarsa, özünüzü məcbur etməməli və istirahət etməlisiniz. Qısa müddətlik yatmaq və ya kürəyi üstə yarım saat uzanmaq ürək bulantısını azalda bilər. Ətrafınızda pis qoxular varsa, dərhal uzaqlaşın. Dominant qoxular ürək bulanmasının ən böyük tətikçisidir. Ürək bulanmanıza nəyin səbəb ola biləcəyini düşünün. Son 12 saat ərzində nə yediyinizi düşünün. Nanə və limon kimi bitki çayları ürək bulanmasına yaxşı təsir göstərir. İçəcəyiniz içkiləri mədəyə təzyiq etmədən yavaş-yavaş içməlisiniz. Yağlı və ağır qidalardan uzaq durun. Yeməkdən sonra ən azı 30 dəqiqə uzanmayın, çünki bu da reflüyə səbəb olur. Yavaş-yavaş və kiçik dişləmələrdə yeyin. Yeməkdən dərhal sonra üzgüçülük-qaçış və sair fəaliyyətlərdən çəkinmək lazımdır”.

 



Oxucularımızı daha çox maraqlandıran sual budur - həkimə nə vaxt müraciət etmək lazımdır?

 

Nərminə xanım deyir ki, sinə ağrısı, şiddətli qarın ağrısı və ya kramplar, şiddətli ishal, bulanıq görmə, bayılma, qarışıqlıq, soyuq, nəmli, solğun dəri, yüksək atəş və boyun ağrısı, qusmada nəcis qoxusu və ya qan, sürətli nəfəs alma və ya ürək döyüntüsü kimi simptomlar ciddi sağlamlıq problemlərinin əlamətidir.

Orqanizmdə müxtəlif səbəb və xəstəliklər nəticəsində qusma hissi ilə birlikdə ürəkbulanma meydana gəlir. Adətən, hər hansı bir problemin əlaməti olan bu hal qusma hissi ilə birləşdikdə insanın gündəlik həyatını çətinləşdirir. Qısa müddətdə bu problemdən qurtulmaq üçün problemin mənbəyi müəyyən edilməli və tədbir görülməlidir.

Həkim bildirdi ki, ürəkbulanmanın müalicəsi səbəbə görə aparılır:

 

“Qida zəhərlənmələrində xəstə təcili toksikologiya şöbəsinə göndərilir.Yüngül ürəkbulanmalarda zəncəfilli, nanəli çaydan istifadə, az-az, tez-tez qidalanma, lazımi maye qəbulu tövsiyə olunur. İntegrativ Təbabətdə itirilmiş su balansını bərpa etmək və toksiki təsirləri aradan qaldırmaq üçün orqanizmdə drenaj-detoksikasiya tədbirləri görülür, vitamin-mineral disbalansı bərpa edilir. Metamer-seqmentar, biopunktura ilə xüsusi pəncərələrdən mədəaltı vəz, mədə, qaraciyər, öd kisəsinə təsir edərək pozulmuş funksiyalar bərpa olunur, vegetativ sinir sistemi tarazlaşdırılır, qidalanmada xüsusi pəhriz təklif edilir”.

 

 

QEYD:


Ailə həkimi Nərminə Abbasova ürək bulanmasından şikayəti olan hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

Can't create/write to file '/var/tmp/MYAyZRY2' (OS errno 24 - Too many open files)