Deputat şəhid analarını və şəhid xanımlarını bayramlar münasibətilə təbrik edib

15:39 11-03-2019 | icon 561 | Cəmiyyət
Deputat şəhid analarını və şəhid xanımlarını bayramlar münasibətilə təbrik edib

Qənirə Paşayeva: “Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır, hər zaman sizin yanınızdayıq”

 

 

Millət vəkili Qənirə Paşayeva "Zəfər" şəhid ailələrinə dəstək İB və Milli-mənəvi dəyərlərin təbliği fondunun təşkil etdiyi tədbirdə iştirak edib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili çıxışında şəhid analarını və şəhid xanımlarını 8 mart - Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün  məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb.

 

“Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır, hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” deyə, millət vəkili vurğulayıb. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili çıxışının sonunda “inşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək” deyib.

 

Şəhid  ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol