Jurnalistlər bağ saldı

19:05 11-03-2019 | icon 358 | Cəmiyyət
Jurnalistlər bağ saldı

Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağac əkini mövsümünə start verib.

 

Versus.Az xəbər verir ki, yaz ağac əkininin başlanması ilə əlaqədar nazirlik və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə Zığ şosesinin kənarında ağacəkmə aksiyası keçirilib və yeni salınmış yaşıllıq əraziyə “Yaşıl qələm jurnalistlər bağı” adı verilib.

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yaşıllaşdırmanın daha da inkişaf etdirilməsidir. Nazir, həmçinin ağacəkmə aksiyasının təkcə Abşeron yarımadasında yox, ölkənin hər bir bölgəsində olacağını qeyd edib.

Feyxoa, yapon əzgili və digər növ ağacların əkildiyi aksiyada ümumilikdə 2 minə yaxın ağacın əkildiyi bildirilib.

 

Tədbir barədə geniş reportaj sabah olacaq.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı