Dünyada yeni ölümcül XƏSTƏLİK
11:59 26-07-2024
|
775 |
Sağlamlıq
Braziliyada iki qız Oropuş qızdırmasına yoluxaraq ölüb, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Onlar xəstəliyin ilk qeydə alınmış qurbanlarıdır.
Versus.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyi qızların yaşının 30-dan aşağı olduğunu qeyd edib. Bildirilib ki, onların xəstəliyi “ağır denqe qızdırmasına bənzər simptomlarla” baş verib.
Denqe qızdırması intoksikasiya, səpgi, şişkin limfa düyünləri və yüksək hərarətlə baş verən kəskin viral xəstəlikdir.
Səhiyyə Nazirliyi qeyd edir ki, 2024-cü ilin əvvəlindən Braziliyada 7 mindən çox Oropuş qızdırması halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin oktyabrında Fransa Qvianasında ilk Oropuş virusunun aşkar edildiyini bildirib. 2024-cü il iyunun əvvəlində virus Kubanın doqquz vilayətində aşkar edilib.
Xəbər lenti
Can't create/write to file '/var/tmp/MYkL2lLf' (OS errno 24 - Too many open files)