Dövlət Bayrağı Meydanında çoxdan gözlənilən hadisə GERÇƏKLƏŞDİ

16:40 02-08-2024 | icon 364 | Cəmiyyət
Dövlət Bayrağı Meydanında çoxdan gözlənilən hadisə GERÇƏKLƏŞDİ

Bakıda Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bayraq test məqsədilə asılıb.

 

 

Qeyd edək ki, Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

 

20000 kvadratmetr ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr (2010-2017), bünövrəsinin diametri 3.2, bünövrənin üst hissəsinin diametri 1.09 metr idi.

 

Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

 

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

 

2021-ci ildə Türkiyənin "Çimtaş" şirkəti Azərbaycan üçün yeni bayraq dirəyi hazırlamağa başladı. Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacağı bildirilmişdi. Qeyd olunurdu ki, dirək əsasından yuxarıya qədər diametri 5.7 metrdən 2 metrə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

 

Tamamlanma işləri ilə bağlı rəsmi məlumat verilməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY