MSK 4 nəfərə "YOX", birinə "HƏ" deyib

08:59 04-08-2024 | icon 285 | Siyasət
MSK 4 nəfərə "YOX", birinə "HƏ" deyib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

 

Versus.az xəbər verir ki, beynəlxalq müşahidə missiyası təmsilçilərinin, media subyektləri nümayəndələrinin, eləcə də maraqlı subyektlərin bilavasitə iştirakı ilə keçirilən iclasda müraciətlər geniş müzakirə edilib.

 

Ümumilikdə 5 müraciət barədə qərar qəbul edilib. Onlardan biri namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Zöhrab Əliyevdir. O, namizədliyinin qeydə alınmaması barədə qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş edib. Komissiya qərarı ləğv etməyib.

 

25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun, eyni dairədən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mehdi Əliş Vəli oğlunun, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun da namizədliyi qeydə alınmayıb və MSK qərarları qüvvədə saxlayıb.

 

46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun müraciətinə isə müsbət cavab verilib. Dairə seçki komissiyası onun namizədliyinə yenidən baxacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY