“ Yaşasin Quba ASAN Xidməti!”

14:23 12-03-2019 | icon 1293 | Cəmiyyət
“ Yaşasin Quba ASAN Xidməti!”

 

 “Cənab İlham Əliyev  ASAN Xidməti brendə cevrib. Bu xidmətin fəaliyyətini daha da genişləndirmək çox arzuolunandır. İnsanlarımız normal xidməti və münasibəti yalnız ASAN-da görürlər”

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı Quba rayon ASAN xidmətində rastlaşdığı mənzərəni bölüşərkən bildirib.

 

Ə.Məhərrəmli bildirib ki, bir necə gün öncə Qubaya gedərkən yolda DYP əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanması zamanı sürücülük vəsiqəsinin bitməsinə az qaldığını öyrənən ekspert, qeydiyyatı Qubaya olduguna görə yeni sürücülük vəsiqəsini də Quba ASAN Xidmətdən almağı planlaşdrıb.

“Bazar, yəni qeyri-iş günü olduğundan, Qubanın girəcəyindəki ASAN Xidmətin işləyib-işləmədiyini öyrənmək üçün binaya daxil oldum. Əməkdaşlar məni gülər üzlə qarşıladılar və növbə tutmaq üçün məni ikinci mərtəbəyə yönləndirdilər. Burda artıq məni gözləyirdilər. İstəyimi deyib, köhnə sürücülük vəsiqəmi təhvil verdim, mənə dərhal 25 manat 40 qəpiklik qəbz təqdim olundu. Rüsumu ödəyib, sənəd üçün şəkil çəkdirdim. Xidmətin xanım əməkdaşı mənə “Zəhmət olmasa, 5 dəqiqə gözləyin” desə də, 3 dəqiqədən sonra yeni sürücülük vəsiqəmi mənə təqdim etdi.

 10 il əvvəl Xaçmazda ilk dəfə sürücülük vəsiqəsi aldığım vəziyyəti xatırladım. O vaxt vəsiqəni alana qədər adamı infarkt həddinə çatdırırdılar. İndi isə qarşımda tamam başqa bir mənzərə var.

Bir daha əmin oldum ki, insanlarımız normal xidməti və münasibəti yalnız ASAN-da görürlər.

Halal olsun! Yaşasin ASAN Xidmət! Yaşasin Quba ASAN Xidməti”.

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı