Test imtahanları ləğv edilir?
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, yayılan məlumatlar doğru deyil:
"Bu, 2017-ci ildə verilən bir müsahibədir və 2019-cu ilin qəbul modeli haqqında idi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, sanki test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı".
Qeyd edək ki, ölkənin bəzi xəbər saytları Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin 2017-ci ildə "ASAN Radio"ya verdiyi müsahibədən çıxarışlar edərək, test imtahanlarının guya ləğv edilməsi haqda məlumat yayıblar.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...