Tarixin ən böyük almazı
Kanadanın mədən şirkəti "Lucara Diamond" Botsvanadakı Karove mədənində 2 492 karatlıq (498.4 qram) almaz aşkar edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Almaz böyük qiymətli daşları aşkar etməyə və bütövlükdə bərpa etməyə imkan verən xüsusi "X-ray Mega Diamond Recovery Transmission" texnologiyasından istifadə edərək bərpa edilib. Şirkət onu 2017-ci ildə iri, yüksəkqiymətli almazları müəyyən etmək və qorumaq üçün quraşdırıb.
Qeyd edək ki, əvvəllər bu mədəndə 1 758 karatlıq (351.6 qram) "Sevelo" və 1 109 karatlıq (221.8 qram) "Lesedi La Rona" almazı tapılmışdı.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...