"Neftçala"da AK-74 götürüldü

08:30 24-08-2024 | icon 602 | Hadisə
"Neftçala"da AK-74 götürüldü

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərə görə məhkum olunmuş Amil Hüseynov saxlanılıb.

 
 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 14 ədəd patron və 1 ədəd patron darağı aşkarlanıb.

 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...