Gəlinlər üfunəti gizləmək üçün əllərində çiçək tuturdular
1500-ci illərdə Avropada insanların çoxu iyunda evlənirdi. İllik hamamlarını da mayda icra edir, iyunda çox pis iy vermirdilər. Lakin yenə də qoxumağa başladıqları üçün gəlinlər vücudlarından çıxan üfunəti basdırmaq amacıyla əllərində bir dəstə çiçək tuturdular.
Hamamlar içi isti suyla doldurulmuş böyük bir çəlləkdən meydana gəlirdi. Evin kişisi təmiz suyla yıyunma imtiyazına sahib idi. Ondan sonra oğulları və digər kişilər, daha sonra qadınlar, sonra uşaqlar və ən son olaraq da çağalar eyni suda yuyunurdu. Bu əsnada su o qədər kirli hala gəlirdi ki, içində bəzi şeyləri itirmək mümkün idi.
İngiliscədəki "hamam suyuyla birlikdə uşağı da atmayın" deyimi buradan gəlməkdədir.
Evlərin tavanları üst-üstə yığılmış qamışdan olurdu, qamışların altında taxta olmurdu.
Odur ki, tavan heyvanların isinə biləcəkləri tək münbit yer olduğu üçün bütün pişiklər, itlər və digər kiçik həşəratlar (siçanlar, böcəklər) tavanda yaşayırdı.
Yağış yağdığı zaman tavan islanır, bəzən heyvanlar sürüşüb tavandan döşəmə aşağı düşürdü.
Yuxarıdan evin içinə düşən şeyləri əngəlləyəcək heç bir şey yox idi. Böcəklərin və buna bənzər şeylərin yataqların içinə düşməsi böyük bir sıxıntı yaradırdı. Ətrafında yüksək dirəklər və üstündə örtük olan ingilis üsulu yataqlar bu səbəblə meydana çıxdı.
Döşəmə topraq idi. Sadəcə zənginlərin ağacdan döşəmələri vardı.
Bunlar qış vaxtı islanırdı.
Bunu önləmək üçün yerə saman sərirdilər. Qış boyunca saman sərməyə davam edilirdi. Bir zaman gəlirdi ki, qapı açılınca saman çölə daşlanırdı. Buna mane olmaq üçün qapının altına bir taxta parçası qoyulurdu ki, bunun adı "Thresh hold" (saman tutan; yəni "eşik") idi.
Yemək bişirmə hər zaman ocağın üzərində asılı qalan böyük bir qazanın içində olurdu.
Hər gün ocaq yandırılır və qazana əllərinə keçəni əlavə edirdilər. Çox zaman səbzə yeyilir, ət çox zaman olmazdı. Axşam yemək yeyilsə artıqlar qazana qaytarılır, gecə boyunca soyuyan yemək ertəsi gün təkrar isidilərək yeyilməyə davam edilirdi. Bəzən bayat yemək uzun zaman qazanda qalırdı.
Bəzən donuz əti əldə edirdilər, o zaman çox sevinirdilər.
Evə qonaq gələrsə donuz ətlərini asaraq onlara göstəriş edirdilər. Birinin evə donuz əti gətirməsi zənginlik əlaməti idi. Bu ətdən kiçik bir parça kəsərək qonaqla oturub bölüşürdülər.
Pulu olanlar qurğuşun, mis qablar ala bilirdi. Asidi yüksək olan yeməklər qalayı aşılayaraq yeməyə qarışmasına səbəb olur, beləcə qida zəhərlənmələrinə və ölümə yol açırdı. Əsasən pomidor buna çox səbəb olduğu üçün bundan sonra təxminən 400 il pomidorun zəhərli olduğu düşünülmüşdü.
Çox insanın qalay-qurğuşundan düzəldilmiş qabları yox idi. Onun yerinə taxta qablar istifadə olunurdu. Çox zaman bu qablar bayat çörəkdən düzəldilirdi. Çörəklər o qədər bayat və sərt olurdu ki, uzun zaman istifadə edilirdi.
Bunlar heç bir zaman yuyulmadığı üçün, içində qurdlar və küflər əmələ gəlirdi. Qurdlu və küflü qablardan yemək yeyən insanların ağızlarında xəstəlik, yara meydana gəlirdi.
Çörək etibara görə bölüşülürdü. İşçilər yanıq olan alt qabığı, ailə orta qismi, qonaqlar də üst qabığı götürürdü.
Pivə və viski içmək üçün qurğuşun qədəhlər istifadə edilirdi. Bu, insanları bəzən bir neçə gün şüursuz vəziyətdə saxlayırdı. Yoldan keçən insanlar bunların öldüyünü sanıb dəfn etmək üçün hazırlıq belə görürdülər. Hətta bunlar bir neçə gün mətbəx masasının üstünə yatırılır¸ ailə ətrafına toplanıb yeyib-içərək oyanıb oyanmayacaqlarına baxırdı. Buna "oyanma növbəsi" deyilirdi...
... İnsanlar ölülərini basdıracaq yer tapmamağa başlamışdı.Bunun üçün məzarları qazıb tabutları çıxarır, sümükləri bir "sümük evi" nə aparır və məzarı yenidən istifadə edirdilər.
Tabutlar açıldığında hər 25 tabutun birində iç tərəfdə qazıntı izləri olduğu görülürdü. Beləliklə də insanların diri- diri basdırıldığı ortaya çıxırdı.
Buna çözüm olaraq cəsədlərin biləklərinə bir ip bağlayıb bu ipi tabutdan çöldə bir zınqırova bağlardılar. Bir nəfər də bütün gecə boyu məzarlıqda oturub zəngi dinləyərdi. Buna "məzarlıq növbəsi" deyilirdi.
Orta əsrlərdə Avropadaki rahibələrin üz və əllərindən başqa yerlərini yumaları qəti olaraq yasaqlanmışdı.
Kastilya Kraliçası İzabella belə 50 ildən artıq sürən həyatı boyunca ömründə iki dəfə çimmişdi.
Tualetlə hələ tanış olmayan Avropada təbii ehtiyacları küçələrdə ödəmə adəti 17- ci yüz ilə qədər davam etmişdi.
Fransa krallarından 14-cü Louis, gününün bəlli bir zamanını lazımlığında ("karşok" , unitaz) oturaraq keçirir, dövlət işlərini də buradan idarə edirdi.
1600-cü illərdə İstanbula gələn Avropalı səfirlər, təbii ehtiyaclar üçün qab istifadə etmə və sidik-nəcisi də pəncərədən boşaltma adətləri üzündən şəhərdən uzaq olan Tarabyadaki bir qonaq evinə göndərilmişdilər. 19-cu əsrdə kəskin olaraq tualetdən istifadə etmək sözü vermələrindən sonra Taksimə daşınmalarına izn verilmişdi.
Bu siyahı uzandıqca uzanır...
Prof. Dr. Erol Duren
(Dilimizə uyğunlaşdırdı: Tural İRFAN)