Azərbaycanlılar kimi dəstəkləyəcək?

10:17 28-08-2024 | icon 488 | Gündəm
Azərbaycanlılar kimi dəstəkləyəcək?

Almaniyada Bundestaq seçkiləri olacaq

 

Almaniyanın Prezident ofisi Bundestaq seçkilərinin tarixini açıqlayıb. Ofisin məlumatında bildirilib ki, Bundestaqa (parlament) seçkilər 2025-ci il sentyabrın 28-nə təyin edilib. Qeyd edək ki, Bundestaq baş naziri həftələr və bəzən aylarla davam edən koalisiya danışıqlarından sonra seçir.

 

Maraqlıdır, Almaniyada yaşayan soydaşlarımız hansı siyasi partiyaya rəğbət bəsləyir? Azərbaycanlılar arasından namizədlər olacaq?

 

Məsələ ilə bağlı danışan Almaniyanın Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib ki, soydaşlarımız əsas siyasi partiyalara dəstək verirlər:

 
 
 

“Partiya üzvü olan həmvətənlərimiz var. Onlar əsasən aparıcı partiyalara üzvdürlər. Tək-tük azərbaycanlılar Yaşıllar Partiyasına üzvdürlər. Soydaşlarımız arasından hələ ki namizədliyini verən bir nəfər də yoxdur. Şəxsən mən Sosial Demokrat Partiyaya üstünlük verirəm”.
 

Yaşar Niftəliyev gənclərin partiyalara üzvlüyü ilə bağlı işlər aparıldığını deyib:
 

“Hazırda Almaniyada lobbiçilik fəaliyyəti çox sürətlə inkişaf edir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan ev"inin, anadilli məktəblərin, idman zallarının açılmasına, azərbaycanlıların birləşməsinə çalışılır. Burada yaşayan gənclərdən yaxın 5 ildə nəsə gözləyirəm. Gənclərimizin 80 faizi universitet tələbələridir. Biz də gənclərimizin partiyalara üzv olmalarına köməklik etmək üzərində çalışırıq. Belə hesab edirəm ki, gələcəkləri parlaq olmalıdır”.
 

Y.Niftəliyev hələ ki türklərdən də namizədlərin olmadığını, lakin belə namizədlər olacağı təqdirdə azərbaycanlıların onlara səs verəcəyini qeyd edib:
 

“Bizimkilərdən namizədlərin olub-olmayacağını sözün düzü deyə bilmərəm. Lakin türklərdən namizədliyini verənlər ola bilər. Adı yadımdan çıxıb, 10-15 il bundan qabaq türklərdən namizəd olmuşdu. Namizəd ola biləcək alimlərimiz, həkimlərimiz var. Amma inanmıram ki, o yerləri bizə verələr. Ona görə ki, biz hələ burada artmalıyıq. Lobbiçiliyi gücləndirməliyik. Belə götürəndə azərbaycanlılar Almaniyanın 0,1 faizini təşkil edir. Hələlik namizədlər arasında türklərdən də kimisə görmürəm. Amma əlbəttə, türk namizədlər olsa, biz onları dəstəkləyəcəyik. Başqa kimi dəstəkləməliyik...”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY