Azərbaycan qarşı qərəzin mərəzi…
Kamilə Əliyeva: “Heç bir dövlət, beynəlxalq qurum Azərbaycanla hədə dili ilə danışa bilməz”
Parlament seçkilərinə sayılı günlərin qaldığı bir vaxtda Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, ABŞ tərəfindən Azərbaycana qarşı hücumları intensivləşib. Bu hücumların həm də Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində müşahidə olunmaqla ardıcıl xarakter daşıması diqqətdən yayınmır.
Məlum olduğu kimi Azərbaycana qarşı yönələn hücumların tutarlı cavabı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən verilib. Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə avqustun 23-də Almaniya parlamentinin üzvü Frank Şvabenin AzadlıqRadiosuna müsahibəsinə cavab verərkən bildirib ki, "Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər "arzuolunmaz şəxslər" siyahısına salınıb". Azərbaycan AŞPA-da nümayəndə heyətinin əleyhinə səs verənləri ölkəyə buraxmayacaq. Çox açıq və sadə izah olmasına baxmayaraq, Avropa və Qərbin iddialıları Azərbaycanı müxtəlif üsullarla mövqeyindən daşındırmaq və qarşılarında baş əydirmək üçün qamçılamaqda davam edirlər.
Məlum olduğu kimi Şvabe Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını, habelə Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib. Fransada teleqramın təsisçisinin həbsinə susan, söz azadlığının pozulmasına göz yuman bu demokratiya aşiqinin Makron hakimiyyətini qınamağa cəsarəti çatmadımı?
Nəhayət Şvabe Qərbi, Avropanı narahat edən əsas torbasınınn ağzını açıb. Azərbaycan-Rusiya yaxınlığından danışan Şvabe üstəlik, "Siz Almaniyanın Bakıda noyabrda keçiriləcək COP29 iqlim konfransından əvvəl bəzi tədbirlər planladığını görəcəksiniz"- deyə hədələr yağdırıb. Bununla da əsəbləri sakitləşməyən Şvabe "biz Sovet İttifaqına oxşar bir avtoritar rejimlə üz-üzəyik"-deyib. F.Şvabe COP29-da iştirak üçün Azərbaycana gəlmək niyyətində olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat rəhbəri Ayxan Hacızadə isə AŞPA-da nümayəndə heyətlərinin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcəyini deyib.
AŞPA-nın prezidenti Teodoros Rusopulos artıq Azərbaycan XİN-in AŞPA-nın müəyyən üzvlərinin Azərbaycanda arzuolunmaz şəxs hesab ediləcəyinə dair bəyanatına reaksiya verib və "Bu, Azərbaycanın Avropa Şurasındakı mövqeyini yalnız çətinləşdirəcək, təəssüf doğuran siqnaldır" deyə bildirib. Eyni zamanda “üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər, öz vicdanına uyğun səs verənlərin qara siyahıya salınması yalnız əks-nəticə verə bilər"- deyə, özlərinin dövlətlər qarşısındakı öhtəliklərini qulaqardına vurub.
Məsələyə münasibət bildirən professor Kamilə Əliyeva bildirib ki, AŞPA-nın, eləcə də bir çox digər beynəlxalq təsisatların dövlətimizə, xalqımıza qərəzli münasibəti dünya ictimaiyyətinə yaxşı məlumdur.
Onun fikrincə, bu gün bu qurumların ölkəmizə qarşı qərəzli çıxışlarının intensivləşməsi, yersiz ittihamları ilə dövlətimizi yönəltməyə çalışmaları bölgəyə olan maraqlarının təmin edilməsinə yönəlib:
"AŞPA-da təmsil olunan avropalı deputatlar Avropa və Amerikadakı erməni diasporasını oyunçaınğa çevriliblər. Bu qurumda Azərbaycana qarşı əvvəlcədən hazırlanmış bir sıra qərəzli, yalan və iftiralarla dolu qərarlar, qətnamələr hazırlanıb ki, burada fəal iştirak edənlərədn biri də almaniyalı deputat Frans Şvadendir. Bu dırnaqarası siyasətçi Fransanın və ermənilərin əmirləri ilə ölkəmizə qarşı düşmən mövqedən çıxış edir. Bunun müqabilində erməni aleqarxlarından kifayət qədr rüşvət alır. ABŞ Dövlət Departamentində olan ermənipərəst senatorlar Aİ rəhbərliyində olanların zaman-zaman hansı korrupsiya və rüşvət hallarına görə ittiham olunduqları faktdır”.
K.Əliyeva Şvaderin COP 29 konfransı öncəsi ölkəmizə qarşı söylədiyi cəfəng fikirlərin Azərbaycan dövləti üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. O, AŞPA-nın, hər hansı beynəlxal təşkilatın Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənədlərin bizim üçün adi kağız parçası olaraq qalacağını deyib:
“Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının mənafeyinə uyğun, beynəlxalq hüquqa əsaslanan, bütün dövlətlərlə bərabərhüquqlu qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasət yürüdür. Heç bir dövlət, yaxud beynəlxalq qurum Azərbaycanla hədə dili ilə danışa bilməz”.
LƏMAN
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."