“Avropa, Qərb təsisatları demokratiya dərsi verməkdə israrlıdır”
Tofiq Abbasov: "Azərbaycan öz vəzifələrini çox gözəl bilir, öz imkanlarını gözəl dəyərləndirir"
"AŞPA prezidentinin, eləcə də Aİ nümayəndələrinin Azərbaycana qarşı qərəzli çıxışları COP 29 konfransı ərəfəsində gərginliyin artırılmasına yönəlir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Politoloq qeyd edib ki, ölkəmiz böyük layihələrə imza atır, böyük tədbirlərə evsahibliyi edir:
“Biz Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli münasibətlərinə öyrənmişik. Eləcə də Azərbaycanın seçki ərəfəsində həmişə Avropa İttifaqına aid təsisatların əks reaksiyasını görmüşük. Bir qayda olaraq bu qüvvələr seçki prosesinə məkirlə yanaşıb qabaqdangəlmişlik etməklə, guya hər hansı normaları pozduğumuza dair yersiz iddialarla bizi hədələyib qorxutmaq istəyilər. Avropa, Qərb təsisatları həmişə olduğu kimi bizə demokratiya dərsləri verməkdə israrlıdırlar. Bunlar bizi özlərinə borclu çıxartmağa çalışırlar. Bizi əvvəlcədən çətin vəziyyətə salıb öz qarşılarında təzim etməyə qədər zəiflətmək istəyirlər. Amma bu məsələlərin heç biri keçərli deyil. Əgər onlar ölkələrdə demokratik öhtəliklərin götürülməsini dilə gətirirlərsə, nəyə görə bunu yalnız Azərbaycana şamil edirlər”.
T.Abbasov Avropa təsisatlarının da ölkələr qarşısında öhtəliklərinin olduğunu onların yadına salıb. “Millətllərin, xalqların daxili işlərinə qarışmalı deyilsiniz”- deyə bildirib.
T.Abbasov qeyd edib ki, seçki kampaniyaları həmin qurumlara o ixtiyarı vermir ki, kimlərəsə “demokratiya dərsi” keçib seçkilərlə bağı derektivlər, göstərişlər versinlər. Ekspert Azərbaycanın öz vəzifələrini çox gözəl bildiyini, öz imkanlarını gözəl dəyərləndirdiyini qeyd edib:
“Biz bu vacib ictimai, siyasi kampaniyaları keçirməzdən əvvəl əlbəttə ki, lazımı tədbirlər də görürük və bununla bağlı bizə kiminsə təlimatı lazım deyil. Biz 30 ildən çoxdur ki, belə təsisatlarla münasibətlərdəyik, onların davranışlarına bələdik, zəif nöqtələrini, imkanlarını, niyyətlərini bilirik. Azərbaycanı, xüsusilə də Ermənistanla qarşıdurmada çox küncə sıxışdırmağa çalışdılar. Bizə səhv yolda olduğumuzu təlqin edib bizi borclu çıxarmağa və guya Qarabağ ermənilərinin müqəddəratını təyin etmək cəfəngiyyatını uydurdular. Bütün bunlar ondan xəbər verir ki, bizi zəif nöqtə kmi görərək, ermənilər üçün əlahiddə şərait yaratmaq istədilər. Amma biz duruş gətirdik, digər tərəfdən onlara bildirdik ki, Azərbaycan artıq müstəqil dövlət olaraq öz yerini beynəlxal birlikdə tutmaq istəyir və tutur. Bu bizim sırf milli işimizdir. Beləliklə, dövət institlarımızı qurduq, daxildə institusional dəyişikliklər elədik, proseslərin hamısını təbliğ olunan standartlar səviyyəsində təşkil elədik. Ona görə də bizi məzəmmət eləmək düzgün deyil. Biz onun şahidiyik ki, daim müəyyən bir hadisələrlə bağlı elə bir vəziyyət yaratmaq istəyiblər ki, dünya qarşısnda bizi natamam dövlət, xalq kimi kimi təsbit etsinlər. Biz buna qarşıyıq, qəbul etmirik. Bu başdan onları başa salırıq ki, sizin nümayəndləriniz qərəz nümayiş etdirir. Əgər qərəz nümayiş etdirəcəklərsə, bizə tərəf gəlməsələr daha yaxşı olar. Biz lazımsız sifarişlərinizlə oturub duran deyil. Azərbaycanın müstəqil dövlət siyasəti, qayda qanunları var və ona uyğun da hərəkət edəcəyik”.
LƏMAN
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."