Magistraturaya qəbulun I mərhələsindən kəsilənlərə əlavə şans verildi

14:11 13-03-2019 | icon 389 | Təhsil
Magistraturaya qəbulun I mərhələsindən kəsilənlərə əlavə şans verildi

 

DİM magistraturaya qəbulun I mərhələsindən kəsilənlərə əlavə şans verdi    

 

Versus.Az xəbər verir ki, Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Qeyd edək ki, 40 - 66 intervalında (toplanıla biləcək maksimal bal 100 baldır) bal toplayan 414 (30 - 66 intervalında bal toplayan 1058) bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməyib.

Onlardan bir çoxu Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş edib. Müraciətlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixində keçirilən iclasında Şura üzvləri tərəfindən müzakirə olunub və gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün I mərhələdəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...