Ay ilə bağlı yeni İCAD

07:55 31-08-2024 | icon 436 | Maraqlı
Ay ilə bağlı yeni İCAD

Çində böyük həcmdə Ay məlumatlarının emal sürətini əhəmiyyətli dərəcədə artırmaq məqsədilə Yerin təbii peyki üzrə elmi sahə üçün dünyanın ilk peşəkar, multimodal böyük süni intellekt modeli (LLM) yaradılıb.

 

Versus.Az xəbər verir ki, yeni model Çin Elmlər Akademiyasının Geokimya İnstitutu və “Alibaba” bulud kəşfiyyat qrupu tərəfindən Çinin cənub-qərbindəki Quiçjou əyalətinin paytaxtı Quiyanqda keçirilən Çin Beynəlxalq Məlumat Sənayesi Sərgisində təqdim edilib.

 

Çinin Geokimya İnstitutu Ayın tədqiqi ilə bağlı dünyanın ən dolğun məlumat bankına malik hərtərəfli “rəqəmsal Ay” platforması yaradıb.

 

LLM-in bu rəqəmsal modeli Ay üçün “beyin” adlandırılır. LLM Ay kraterlərini müəyyən edir, onları ölçüsü, dərinliyi və forması ilə yaddaşda saxlayır və alimlərə Yerin təbii peykinin geoloji təkamülünü öyrənmək üçün mühüm əsaslar təqdim edir.

 

Tədqiqatçılar indi yalnız Ay kraterinin şəklini daxil etməlidirlər və LLM onun formasını, ölçüsünü və yaşını müəyyən edəcək. Çinli alimlər bildirirlər ki, burada dəqiqlik əmsalı 80 faizdən çoxdur.

 

Alimlər hesab edirlər ki, böyük məlumatlar əsasında aparılan tədqiqatlar elmin və texnologiyanın inkişafı prosesini dəyişdirir və Ayın rəqəmsal kəşfiyyatı Çinin Ay və planet elmi tədqiqatlarını və innovasiyalarını sürətləndirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY