"İnanırıq ki, yeni sədr köklü dəyişikliklər edəcək"

14:03 31-08-2024 | icon 475 | Cəmiyyət
"İnanırıq ki, yeni sədr köklü dəyişikliklər edəcək"

Xəzər Teyyublu: "Bu sahədə problemlərin həlli üçün dəstək verməyə hazırıq"

 

Məlumdur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri vəzifəsinə Sahib Məmmədov seçilib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan S.Məmmədov Azərbaycan Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. Rəsmi xəbərə görə, Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefa verib. O, 32 il bu posta sahiblənib və barəsində çoxsaylı korrupsiya ittihamları var. Lakin indi yeni sədr fəaliyyətə başlayır və Sahib Məmmədovun AHİK-də hansı islahatlar həyata keçirəcəyi maraqla gözlənilir.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu bildirib ki, qurumda illərlə yığılıb qalaqlanmış problemlərin həllinə ehtiyac var.

 

Hüquq müdafiəçisi ümid edir ki, Sahib Məmmədov AHİK-də neqativ halların aradan qaldırılması istiqamətində böyük işlər həyata keçirəcək. X.Teyyublu köklü islahatlara zərurət olduğunu qeyd edir:

 

“Bu mənada yeni sədrdən gözləntilər var. Bu da normaldır. Bu sahə uzun illər bir adamın rəhbərliyi altında olub. İndi quruma yeni nəfəs gətirilməsi lazımdır. Bura “putyovka”ların verilməsindən tutmuş işçilərin hüquqlarına, həmkarlar təşkilatlarının fəaliyyətinin canlandırılmasına qədər hərtərəfli addımlar atılması zəruridir. İnanırıq ki, hörmətli Sahib Məmmədov köklü dəyişikliklər həyata keçirəcək və hüquqları pozulan işçilərin müdafiəsi üçün aktiv fəaliyyət göstərəcək. Eyni zamanda, kompleks işlər həyata keçirmək üçün birgə əməkdaşlıq edilməli, həmkarlar təşkilatlarının fikirləri öyrənilməli, onlarla dəyirmi masa ətrafında müzakirələr aparılmalıdır. Biz vətəndaşların sosial haqlarının müdafiəsi ilə məşğul olan bir təşkilat kimi Sahib Məmmədova bu sahədə problemlərin həlli üçün dəstək verməyə hazırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT