Bu həqiqət hamıdan GİZLƏDİLİB

10:01 01-09-2024 | icon 433 | Cəmiyyət
Bu həqiqət hamıdan GİZLƏDİLİB

Alimlər elə bir sirrin üstünü açdı ki…

 

Alimlər iddia edir ki, insan artımı ilə bağlı SOS siqnalının əsası yoxdur. Bəziləri isə deyir ki, dünyada insan sayı şişirdilib: 7-8 milyard göstərilsə də, daha azdır.

 

Həmçinin qeyd edilir ki, insan sayı 15 milyard olsa da, dünyada bunu qarşılamağa kifayət qədər resurslar var.

 

Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu bu məsələlərlə tanış olduğunu bildirib.

 

O, hətta bununla bağlı daha əvvəllər Milli Məclisə də məruzə etdiyini qeyd edib:

 

“Bu məsələlər alimlər tərəfindən ciddi təhlil olunmalıdır. Hələ 200 il bundan əvvəl ingilis alim, kilsə xadimi Tomas Robert Maltus var idi. O, Maltusçuluq nəzəriyyəsinin banisidir. Onun fikrincə, dünyada əhali sürətlə çoxalır və qarşısını almaq mümkün olmayacaq. Sonra həyat göstərdi ki, Maltusçuluq qüsurlu nəzəriyyədir. Bilirsiniz, kainat elə yaranıb ki, hər bir yarananın qidalanması, yaşayışı üçün imkanlar var. Sadəcə, insanlar indi o imkanlardan istifadə etmək haqqında düşünsələr, görərlər ki, insan çoxluğundan qorxmaq lazım deyil. Amma bu gün dünyanın başı müharibələrə, insan üçün əhəmiyyəti olmayan işlərə qarışıb. Bəzən hətta deyirlər ki, guya müharibələr insan artımının qarşısını alır, sayları tənzimləyir. Bunlar mənası olmayan izahlardır”.

 

Sosioloq deyib ki, əvvəl insanlar yalnız su elektrik stansiyaları tikirdilər, indi günəş enerjisindən, dəniz suyundan, dalğalarının gücündən və s. enerji əldə edirlər:

 

“Bu məsələlərin elmi bir təhlili olsa, insan artımı da müəyyən qədər məntiqi və düşünülmüş şəkildə olar. Məsələn, biz demirik ki, bir ailədə 10 uşaq olsun, onun 8-i oğru, cani, nadan olsun. Yaxşı olar ki, bir ailədə 3 uşaq dünyaya gəlsin və hamısı keyfiyyətli olsun. Yəni bir insan kimi də inkişaf edə bilsin, xalqa da köməyi dəysin. Hazırda alimlər oturub bu məsələlərə çox ciddi aydınlıq gətirməli, daha ciddi nəzəriyyələr yaranmalı, bu nəzəriyyələrdən də istifadə olunmalıdır. Biz elə etməliyik ki, hər ailədə heç olmasa üç uşaq doğulsun. Mən həmişə bu modeli dəstəkləmişəm. Ona görə biz Yer üzündə elə bir demoqrafik mədəniyyət yarada bilərik ki, 3-4 uşaqlı ailələrin sayı artsın və onlar keyfiyyətli böyüsün. Onda əhali artımı da tənzimlənər, eyni zamanda elmli biri diqqət artıran hansısa mənbələrdən enerji hasil edə bilər, əlavə texniki vasitələrdən istifadə olunar”.

 

Sosioloqun fikrincə, bu gün robototexnikanın inkişaf etməsi insanları narahat edir:

“Robot insanların bir çoxunu fiziki əməkdən azad edir. İndi camaat qorxur ki, bəs, onda insanlar harada işləyəcək?! Camaatın işləməyinə o qədər böyük ehtiyac var ki, onlar xidmət sahələrində, əhalinin həyat səviyyəsini yaxşılaşdıran yerlərdə, tibb sahələrində daha çox işləsələr yaxşıdır. Çünki doğrudan da buna böyük ehtiyac var. Dediyim kimi, Yer üzünün imkanlarından istifadə edən istiqamətlərdə çalışsalar, daha yaxşı olar. İnsanlıq daha doğru, düzgün inkişaf yolunda deyil, bir az fərqli inkişaf yolundadır. Ona görə də mən “Ahəng yol” nəzəriyyəsini yaratdım, təqdim etdim. Yəni insan doğru yolda elmi fəaliyyət göstərsə, öz həyatını düzgün qursa, belə söhbətlərlə qorxu olmayacaq. Kainat elədir ki, o, özü-özünü tənzimləyir. İnsanların bura müdaxilə etməyinə ehtiyac qalmır”.

 

Əhməd Qəşəmoğlu deyib ki, bütün dini kitablar da insanları haqq yolda olmağa çağırır:

“Dini kitablar insanları haqq yola çağırır. Silahlar yaratmağa, bir-birinə qarşı xoşagəlməz aksiyalar həyata keçirməyə, bir-birini zəhərləməyə, öldürməyə yox. Bu istiqamətdə ciddi işlər aparılmalıdır. İndiki şəraitdə hər şey naşılıqla davam etsə, bir yerdə insan çoxluğu, digər yerdə isə azlığı problem yaradacaq. Bu dəqiqə bizim ən böyük SOS siqnalı çalacağımız iş insanın özünün insan kimi inkişafına, cəmiyyətdə normal inkişafına, ahəngdar inkişafına çalışmaması, haqq yolunda olmamasıdır”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT