AXCP-nin sıraları genişlənir

14:37 13-03-2019 | icon 358 | Siyasət
AXCP-nin sıraları genişlənir

"İndiki vaxtda gənclərin siyasi aktivliyi ürəkaçandır".

 

Bu sözləri Versus.Az-a partiyaya üzv olanların sayının artması ilə bağlı açıqlamasında Mətbut Xidmətinin rəhbəri Vüsal Qarayev deyib. Onun sözlərinə görə, ənənəvi müxalifət liderlərinin xalqı müxalifətdən narazı saldığı bir vaxtda gənclərin AXCP-də siyasi fəaliyyət göstərmək istəməsi partiyanın nüfuzunun artmasından, partiya sədri Razi Nurullayevin siyasi kursuna rəğbətdən xəbər verir.

 

Vüsal Qarayev bildirib ki, martın 12-də bir qrup gənc partiyaya üzv olmaq üçün müraciət ediblər. AXCP sədri Razi Nurullayev onlarla şəxsən görüşüb, gənclərin fikirlərini, problemlərini dinləyib, müzakirələr aparıblar. Bildirilib ki, Azərbaycan gəncliyinin çox ciddi problemləri var və bu problemlərin başında da işsizlik durur.

 

R.Nurullayev gəncləri sıralarında görməkdən məmnun olduğunu bildirib və hər birinə siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol