Valideynlərin NƏZƏRİNƏ
Analar buna görə aliment ödəyəcək
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin oğlu Orxan Əliyevin keçmiş həyat yoldaşı Rada Musayevadan aliment tələb etməsi qadınların kişilərə aliment ödəməsi məsələsini gündəmə gətirib. Adətən, ata öz övladları üçün anaya aliment ödəyir. Bəs, ana hansı hallarda uşağa görə ataya aliment ödəməlidir?
Mövzunu şərh edən hüquqşünas Ramil Süleymanov deyib ki, qanunvericilikdə kişi və qadın arasında ayrı-seçkilik edilmir.
Onun sözlərinə görə, yalnız spesifik sahələr var ki, orada kişi və qadın ayrı-seçkiliyi edilir:
“Konstitusiyamızın 25-ci maddəsinin 1-ci bəndinə görə, qanun və məhkəmə qarşısında hamı bərabərdir. 2-ci hissəsinə görə isə kişi ilə qadının eyni hüquq və azadlıqları var. Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlərdə nikah münasibətlərinin pozulması zamanı uşaqların mənafeyi ilə bağlı hissələr öz əksini tapır. Əgər burada uşaqlar atanın himayəsinə verilirsə, əlbəttə ki, uşaqların saxlanılması ilə bağlı qadının aliment ödəmək öhdəliyi yaranır. Bu öhdəlik isə məhkəmələr tərəfindən qadının üzərinə qoyulur. Ölkə üzrə yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa görə, uşaqların yaşayış minimumu 235 manat müəyyən olunub”.
Ramil Süleymanov
Hüquqşünas deyib ki, aliment uşaq sayına görə dəyişir:
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə görə, əgər aliment ödəməklə bağlı tərəflər arasında razılıq olmazsa, məhkəmə aliment ödəyən şəxsin əmək haqqından və aylıq digər gəlirlərindən bir uşağa görə qazancının 41, iki uşağa görə 31 hissəsini, 3 və daha çox uşağa görə isə qazanc və aylıq gəlirinin 50 faizini uşaqların saxlanılması üçün kəsə bilər”. /globalinfo.az/
Xəbər lenti
Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb