Ermənistan sürətlə silahlanır
“Azərbaycanın narahatlığı təbiidir, çünki onlar Ermənistanın silahlanması məsələsinə görə gərgindirlər”.
Versus.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, İrəvan məğlubiyyətdən dərs götürdüyü üçün bu addımı atır:
“Mətbuat səhərdən axşama qədər bu məsələni tirajlayır. Yazırlar ki, Ermənistan Hindistan və Fransadan artıq nə qədər silah alıbsa, ABŞ təyyarələri hər 10 dəqiqədən bir İrəvana enir. Bu səbəbdən Bakının narahatlığı təbiidir. Onlar baxırlar, deyirlər ki, nə baş verir? Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən dərs çıxarıb. İndi hökumət ölkənin təhlükəsizlik üçün ehtiyaclarını fəal şəkildə təmin etməyə çalışır. Müəyyən edilmiş plan həyata keçirilir. Xalqın təhlükəsizliyini qorumaq üçün hər şey edilir”. /globalinfo.az/
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...