Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

14:59 09-09-2024 | icon 586 | Sağlamlıq
Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

Nərminə Abbasova: “İmmunitet sistemindəki gücsüzlük virusun çoxalıb yayılmasına səbəb olur”

 

“Dəmrov hər 10 insandan üçündə rast gəlinən, səpgi və qaşınma ilə xarakterizə olunan bir sıra dəri xəstəlikləri qrupudur. İmmunitetin zəifləməsi, stress, irsi meyillilik, infeksion xəstəlikləri, fiziki və emosional gərginlik dəmrovun inkişaf ehtimalını artırır”.



Bu sözləri MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova Versus.Az-ın oxucularını dəmrov xəstəlikləri ilə bağlı məlumatlandırarkən deyib.



Nərminə Abbasova bildirdi ki, törədicinin növündən, səpgilərin tipindən, yoluxuculuğundan asılı olaraq, xəstəliyin bir neçə forması ayırd edilir - sulu dəmrov, saçqıran dəmrov, əlvan dəmrov, çəhrayı dəmrov, pullu dəmrov, kəmərləyici dəmrov. Həkimin sözlərinə görə, bunlardan ən geniş yayılmışı kəmərləyici dəmrov və pullu dəmrovdur:



“Kəmərləyici dəmrovun müalicəsi uzun müddət çəkir. Bu xəstəlik sinir boyunca yerləşdiyindən sinirin iltihabı gedir. Buna görə də yaşlı insanlar müalicəyə daha çox vaxt sərf edirlər. Kəmərləyici dəmrov yaxın təmasdan ikinci bir insana keçə bilər. Yan-yana yaraların düzülməsi yarandığı yerdə kəskin ağrıların baş qaldırmasına da səbəb olur. Kəmərləyici dəmrova yoluxanlar şəxsi əşyalarını ayırmalı, mümkün qədər insanlarla görüşərkən dəmrovlu dərisini toxundurmamalı, sudan qorumalı və günəşə çıxmamalıdır. Qeyd edim ki, pullu dəmrova yoluxanlar da sudan uzaq durmalıdırlar. Çünki su dəmrov pulcuqlarının daha da yayılması üçün əlverişli şərait yaradır, sağalmanı çətinləşdirir. Xüsusən kəmərləyici dəmrov virusunu oyandırıb aktivləşdirən səbəb tam bəlli deyil. Bədənin infeksiyalarla mübarizə aparmasını təmin edən immunitet sistemindəki bir gücsüzlük virusun çoxalmasına və sinir boyunca dəridə yayılmasına səbəb olur. Bu xəstəlik uşaqlarda da yarana bilir. Yaş etibarı ilə 50-60 yaş arası insanlarda daha çox müşahidə olunur”.

 



Həkim qeyd etdi ki, kəmərləyici dəmrov ən çox bədənin kürək, sinə, boyun, bel, qarın, üz, baş bölgələrində ortaya çıxan şiddətli ağrılara səbəb olan bir xəstəlikdir. Onun sözlərinə görə, müalicə olmayan insanlar sonradan dəmrovun fəsadları ilə qarşılaşa bilərlər. Bu fəsadlar insan sağlamlığı üçün çox ciddi problemləri də üzə çıxara bilər. Məhz buna görə vaxtında müalicəyə başlanılmalıdır.



Pullu dəmrov (Psoriaz) xəstəliyinə diqqət çəkən ailə həkimi bildirdi ki, bu, tez-tez rast gəlinən müəyyən fasilələrlə artıb-azalma göstərən, uzun müddət xroniki davam edən bir dəri xəstəliyidir. Onun sözlərinə görə, ən sıx görülən Vulgar Psoriazis Sadə tipində sağlam dəridən kəskin sərhədlə seçilən, üzəri gümüşü ağ rəngli kəpəklə örtülü papulalar meydana gəlir:

 

“Ən sıx görülən bölgələr diz, dirsək, ətrafların açıcı səthləri və başın tüklü hissəsi olmaqla hər yerdə meydana gələ bilər. Bundan başqa artropatik, palmoplantar, guttat, püstülyoz və eritrodermik klinik variyantlarla da qarşımıza çıxa bilər. İstənilən yaşda ortaya çıxa bilən psoriyaz xəstəliyi ən sıx 15-35 yaşlar arasında başlayır. Kişilər və qadınlar arasında eyni sayda xəstəlik mövcuddur. Xəstəliyin səbəbi tam olaraq bilinmir və bu istiqamətdə araşdırmalar davam edir. Xəstəliyin immun sistem, genetik ve digər faktorlarının birgə təsiri nəticəsində ortaya çıxdığı düşünülür. Bundan əlavə sinir sisteminin və ətraf mühitin yaşam tərzinin də provakasiyaedici rolu var. Xəstələrin çoxunda günəş şüalarına orta dərəcədə məruz qalmaq xəstəliyin əlamətlərini azaldır. Bu günəş şüalarının tərkibindəki ultrabənövşəyi şüaların müalicəvi təsiri ilə bağlıdır. Bu səbəbdən yay aylarında yaxşılaşma görülür. Ancaq həddən artıq günəşlənmə, günəş yanıqları xəstəliyi şiddətləndirə bilər. Amma onu da deyim ki, psoriyaz xəstəliyi yoluxucu bir xəstəlik deyil”.



Ailə həkimi oynaqların psoriyazis xəstəliyinin hər 10 psoriyazis xəstəsindən təxminən ikisində ortaya çıxdığını dedi. Bildirdi ki, şikayətlər tək bir oynaqda və ya eyni anda bir neçə oynaqda ola bilər:



“Oynaqlarda ağrı, qızarıqlıq və şişkinlik ortaya çıxır. Oynaq tutulumu görülən xəstələrdə, dırnak tutulumuna sıx rast gəlinir. Psoriazis xəstəliyində xəstələrin təxminən yarısında əl, hər 3 xəstədən ikisində də ayaq dırnaqları tutulur. Dırnaq səthində çuxurlaşmalar (pitting) xəstəlik üçün tipikdir. Dırnağın yatağından ayrılması (onikoliz), dırnaqda sarımtıl rəng dəyişikliyi (yağ ləkəsi görünümü), dırnaqda distrofik pozğunluqlar ortaya çıxa bilər. Qeyd edim ki, psoriyaz xəstəliyi hər xəstədə fərqli şəkildə irəliləyir. Əvvəldən prognozlaşdırıla bilməyən şiddətlənmələr və yaxşılaşma dövrləri ilə uzun müddət davam edə bilər. Təxmini hər 3-4 xəstədən birində xəstəlik tamamilə sağala bilər. Psoriyaz xəstələrində ürək-damar xəstəlikləri, obezite (şişmanlıq), iltihablı bağırsaq xəstəliklərinə daha sıx rast gəlinir”.



Həkim deyir ki, psoriazın müalicəsində ən son effektiv və daha uzun müddətli remissiya alan müalicə metodlarından biri və sonuncusu Fototerapiyadır. Onun sözlərinə görə, bu zaman xəstəyin yayılma dərəcasindən asılı olaraq lokal və bütün bədənə işıq verilir:



“Fototerapiyanı 7-65 yaş arası və digər əks göstərişi olmayan bütün xəstələrə tətbiq etmək olar. Bu zaman xəstəyə ultrabənövşəyi şüaların orqanizmə zərər vermiyən 311-315 nm diapazonunda olan şüalardan istifadə olunur. Xəstəliyin klinik növündən və ağırlıq dərəcəsindən asılı olaraq prosedurların sayı 16-56 arası dəyişə bilər. Xəstəliyin yerləşmə nahiyəsinə görə müxtəlif növ aparatlardan istifadə olunur. Fototerapiya zamanı xəstələr daxil və xaricə heç bir dərman vasitələrindən istifadə etmirlər. Xəstəliyin gedişatından asılı olaraq praktikada 12-18 ay ərzində remissiya almaq mümkündür”.

 

Ailə həkimi çəhrayı dəmrovdan da bəhs etdi. Bildirdi ki, bu dəri xəstəliyi yoluxucu-allergik xəstəliklərə aiddir. Həkimin sözlərinə görə, xəstəlik dəridə 5 sm ölçülü bir və ya bir neçə ədəd ləkə şəklində özünü göstərir. Sonra bir həftə ərzində daha kiçik ölçüdə çoxlu sayda oxşar ləkələr bədənə səpələnir:



“Dərinin ən həssas hissəsi qarın, çiyinlər və çanaqdır. Üz və boyunda səpgilər nadir hallarda olur. Bütün ləkələr, həm ana ləkə, həm də sonradan yarananlar eyni görünüşə malikdir: çəhrayı və ya sarımtıl rəngli, dairəvi, hamar kənarları olan lopa görünüşlüdür. Bu xəstəlik zamanı ləkələrdən əlavə heç bir əlamət olmadığı üçün bədəndə xarakterik ləkələr aşkar edildikdə dərhal həkimə müraciət olunmalıdır. Bəzən zədələnmiş nahiyələrdə qaşınma olur, boyun və çənə limfa düyünləri böyüyür. İnsanın immuniteti çox zəif olduqda yorğunluq, qızdırma və ya ümumi intoksikasiya baş verir. Xəstəliyin yoluxma mənbəyi dəqiq məlum deyil. Ehtimala görə herpes virusu və immunitetin aşağı olması daha tez yoluxmaya səbəb olur. Son zamanlarda aşkar olunmuşdur ki, viral infeksiya tez-tez soyuqdəymə keçirənlərin dəmrov xəstəliyinə yoluxma riskinin artır. Qadınlarda və uşaqlarda yoluxma riski kişilərə nisbətən daha yüksəkdir. Müşahidələr göstərir ki, 40 yaşdan yuxarı insanlar və körpələr praktiki olaraq bu infeksiyaya yoluxmurlar. Qeyd edim ki, çəhrayı dəmrovun baş vermə səbəbi hərtərəfli öyrənilmədiyi üçün bu xəstəliyin qarşısını almaq demək olar ki, mümkün deyil. Əsas tövsiyə immun sistemini yüksəltməkdir. Çünki bu, infeksiyadan qorunmağa kömək edir. Xəstəliyin özü əksər hallarda iz qoymadan sağalır. Bununla belə bəzən ekzema, stafilokokk və ya streptokokk infeksiyası şəklində ağırlaşmalar yaranır. Çox vaxt xroniki hala keçə bilir və hətta bir neçə ildən sonra residiv baş verə bilir”.



QEYD:



Ailə həkimi Nərminə Abbasova Dəmrov xəstəliyindən əziyyət çəkən hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə müayinə və müalicəyə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95 MOB: (051) 866 02 20; (051) 567 66 96 ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.



PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ