Əbülfəs Qarayev yel çərşənbəsini diplomatlarla qeyd etdi

15:26 13-03-2019 | icon 386 | Mədəniyyət
Əbülfəs Qarayev yel çərşənbəsini diplomatlarla qeyd etdi

 

Ötən gün Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və Novruz bayramını qeyd edən dövlətlərin səfirliklərinin birgə təşəbbüsü ilə Yel çərşənbəsi və Novruz adətlərinə həsr olunmuş tədbir keçirilib.

Versus.Az  xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hər bir ölkənin Novruz adətlərini və Novruz mətbəxini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Yel çərşənbəsi münasibətilə təbrik etdi, bu təşəbbüsə qoşulan hər kəsə və tədbirin ərsəyə gəlməsində əməyi olan nazirliyin əməkdaşlarına təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bu gün səfirliklərin təqdim etdikləri gözəl Novruz nemətləri bizim xalqlarımızın zəngin mədəniyyətindən və eyni zamanda bir-birinə yaxınlığından xəbər verir.

“Bir daha hər birinizi Novruz münasibətilə təbrik edir, sülh və əmin-amanlıq arzulayıram. Bəşəriyyətdə müxtəlif ənənələr və cəmiyyətlər yaşayır. Onları birləşdirən amil isə ana təbiətdir. Təbiətin oyanışı hər birinizə yeni gün, yeni arzularla bərabər dünyaya sülh gətirsin”, - deyə nazir çıxışını bitirib.

Tədbir səfirlik nümayəndələrinin Yel çərşənbəsi tonqalı ətrafında rəqsi və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin