Bu məntəqələrin nəticələri LƏĞV EDİLİB

17:53 11-09-2024 | icon 333 | Siyasət
Bu məntəqələrin nəticələri LƏĞV EDİLİB

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

 

MSK-nın Ekspert qrupunun üzvü Tofiq Həsənovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd İlqar Məmmədov bu şikayətlərlə MSK-ya müraciət edib:

 

"Namizəd səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntular, müşahidəçilərə maneələr yaradıldığını iddia edib. O həmçinin, 2 və 21 saylı məntəqələrə aid videogörüntü təqdim edib.

İddia olunan qanun pozuntuları təsdiqini tapmadığından müraciət təmin edilməyib. Təkrar araşdırma zamanı təqdim olunan sənədlərə yenidən baxılıb, müşahidəçilərdən izahatlar alınıb. Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla, digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib".

 

MSK üzvü əlavə edib ki, dairədəki 38 seçki məntəqəsindən 3-nün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ