Baloğlan Əşrəfovdan Firəngiz Əlizadəyə cavab

15:41 13-03-2019 | icon 519 | Mədəniyyət
Baloğlan Əşrəfovdan Firəngiz Əlizadəyə cavab

Əməkdar artist Baloğlan Əşrəfov xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin "toy müğənnisi efirə çıxmamalıdır" fikrinə cavab verib.

Versus.Az xəbər verir ki, bunu Baloğlan Əşrəfov "ölkə.az"a açıqlamasında deyib:

"Firəngiz Əlizadəyə böyük hörmətim var, Allah onun canını salamat eləsin. Azərbaycanın bütün köhnə müğənniləri, tanıdığımız bütün klassik ifaçılar toylarda püxtələşib, toylarda oxuyublar. Toy istəniən ailə üçün gözəl hadisədir. Nazir də evlənir, icra başçısı da. Bəs bunların toylarını kim çalmalı, kim oxumalıdır? Müğənnilər məclislərə gedib evlənənlərə xeyir-dua verirlər, musiqilərini ifa edirlər. Axmağın biri bir axmaq mahnı oxuyubsa, hər kəsə qadağa qoymaq, eyni fikri şamil etmək olmaz axı".

Baloğlaşn Əşrəfov bildirib ki, hətta "Şöhrət" ordenli ifaçılarla da eyni məclislərdə olub:
"Son zamanlar ekranlarımızda oxunan mahnıların çoxunda bədii zövq korlanıb. Əlbəttə, jarqon ifadələr, məntiqə uyğun olmayan sözlərlə dolu mahnılar toylara da sirayət edib. Toydan sonra həmin ifanı ekrana çıxarmaqla mən də razı deyiləm. Allaha and olsun, toyda "Sənsiz" romansını da, xalq mahnılarımızı da oxumuşam. Yəqin ki, Firəngiz xanım həmin müsahibədə bəzi müğənniləri nəzərdə tutub. Mirzə Babayevlə toyda olmuşam. Halbuki Mirzə Babayev Azərbaycnaın ən gözəl ifaçılarından biri idi. Xalq artistləri, "Şöhrət" ordenli ifaçıların hamısı mənim yanımda toylarda olublar. İndi biz onları nə edək? Vaxtilə Bədii Şura bir sözə görə uzun müzakirələr aparırdı ki, bu söz efirdə səslənə bilməz. İndi efirə çıxarılan bəzi mahnılardan iyrənirəm. Gözünə dönüm, sevirəm səni, ürəyim mənim, canım mənim, qaşım mənim...bu sözlər ekran üçün deyil də. Yəqin ki, Firəngiz xanım bu tip mahnıları və belə mahnıları oxuyan ifaçıları nəzərdə tutub".

 

Qeyd edək ki, F.Əlizadə ONA-ya müsahibəsində bildirib ki,  müğənni təkcə toyda oxuyursa,  efirə çıxmamalıdır:

"Amma xalq artisti, əməkdar artistdirsə, onu biz konsert salonlarında görürüksə, o zaman efirə çıxmalıdır.   Xalq qəbul edirsə, toylarda qulaq assın, ciblərinə pul bassın. O müğənnilər televiziya kanallarında meydan sulamamalıdırlar". 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin