"İki ölkə arasında əlaqələr daha da şaxələnir"

11:00 01-06-2023 | icon 687 | Siyasət
"İki ölkə arasında əlaqələr daha da şaxələnir"

Sahib Alıyev: “Gələcəkdə daha sıx əməkdaşlığımız üçün böyük potensialımız var”

 

"Azərbaycan -İsrail əlaqələri tolerantlığa, iki xalqın bir -birinə xoş yanaşmaya dayanan dostluq və təhlükəsizlik üzərində qurulan əlaqələrdir".


Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev İsrail prezidentinin Bakı səfərinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

S.Alıyev Azərbaycanın müdafiə potensialının artmasında İsrailin, eləcə də İsrailin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu qeyd edərək bu əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

 

“2016-20-ci illər arasında Azərbaycan silah sursatın 69 faizi məhz İsraildən alıb. İsrailin neftlə təminatının 40 faizi isə Azərbaycandan ödənib. Azərbaycan İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayıb. Artıq iki ölkə arasında əlaqələr daha da şaxələnir, genişlənir, dərinləşir”.

 

Deputat cənab Hersoqun səfəri çərçivəsində kibertəhlükəsizlik sahəsidə əməkdaşlıqlan danışdığını və bu sahənin bizim üçün olduqca mühüm olduğunu qeyd edib:

 

“İsrail kiberbtəhlükəsizliyin təminatı məsələsində dünyada ön yerdə dayanan ölkədir. İsraillə səhiyyə, çağdaş kənd təsərrüfatı sahəsində əməkdaşlığın geniş perspektivi var. İsrail prezidenti ilə Azərbaycan Prezidentinin keçirdikləri birgə mətbuat konfransında ölkə prezidentinin sözlərindən də belə məlum oldu ki, İsrail öz qazını Azərbaycanın təşəbbüsçüsü olduğu Cənub gəhıizi ilə qərbə çatdıra bilər. Bir sözlə, gələcəkdə daha sıx əməkdaşlığımız üçün böyük potensialımız var. Ümud edirəm ki, bu bütün gücü ilə reallaşdırılacaq. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

Ermənistana verilən LİMİT BİTDİ

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI

erməni sakinlər üçün növbəti yanacaq göndərilib