Həkimdən HƏYƏCAN TƏBİLİ

08:26 26-09-2024 | icon 358 | Sağlamlıq
Həkimdən HƏYƏCAN TƏBİLİ

Əhali arasında sürətlə yayılan xəstəlik - halsızlıq, təngnəfəslik, boğulma

 

Bir müddətdir ki, əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus həftələrlə davam edir.

 

Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionisti Təyyar Eyvazov deyib ki, son günlərdə yayılan xəstəlik mövsümi, kəskin respirator virus infeksiyalarıdır.

 

Hazırda xəstələrdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir.

 

T.Eyvazov qeyd edib ki, hazırda müşahidə olunan virusun koronovirusla heç bir əlaqəsi yoxdur. Hər bir virusun insanlarda klinik təzahürləri müxtəlif ola bilər.

 

Bu cür viruslara qarşı antiviral preparatlar yoxdur. Hazırkı virusların fəsadlaşması hallarının olmadığını deyən infeksionist qeyd edib ki, bütün bunlara baxmayaraq, simptomatik müalicə tələb olunur.

 

Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşsuzluq əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayiət olunan güclü baş ağrıları, nevroloji defisit kimi hallara rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ