"İsrailin təhdidinə çox sərt cavab verəcəyik" - İranın müdafiə naziri

17:19 13-03-2019 | icon 419 | Dünya
"İsrailin təhdidinə çox sərt cavab verəcəyik" - İranın müdafiə naziri

 

 

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi İsrailin baş naziri Benyamin Netanyahunun İranın neft tankerlərinə dair hədəsini cavablandırıb.


Versus.Az  ona.az-a istinadən xəbər verir ki, Ə.Hatəmi deyib ki, bu addım beynəlxalq sabitliyin pozulmasına cəhd və piratlıq hesab olunur.


"İran İslam Respublikası bu hədəyə cavab vermək gücünə malikdir. Bu baş verərsə, çox sərt cavab verəcəyik. Bundan başqa, beynəlxalq ictimaiyyət də onların bu addımını qəbul etməyəcək" - deyə nazir qeyd edib.


Ə.Hatəmi deyib ki, Silahlı Qüvvələrimiz ehtimal olunan hücumlar qarşısında İran neft tankerlərinin mühafizəsini təmin edir: "İran sularında və beynəlxalq sularda hərəkət edən gəmilərimizin və digər gəmilərin təhlükəsizliyinin təmini Silahlı Qüvvələrin öhdəliyindədir və biz var gücümüzlə bunu təmin edirik".


Qeyd edək ki, bir müddət öncə Benyamin Netanyahu bildirib ki, İranın neft tankerləri dəniz daşımaları vasitəsilə sanksiyaları pozur. Onun sözlərinə görə, bu hal davam edərsə, İsrail Hərbi Donanması İranın neft tankerlərinə qarşı cavab tədbirləri görəcək. Netanyahu həmçinin beynəlxalq ictimaiyyəti İranın dəniz traffiki və ya digər vasitələrlə sanksiyaları pozmasına qarşı effektiv addımlar atmağa çağırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol