Kaktusun meyvəsi dərdlərə dərman imiş
12:25 26-09-2024
|
404 |
Sağlamlıq
Otaq bitkiləri arasında kaktusun özünəməxsus yeri var. Tikanlı və sərt görünüşlü olmalarına baxmayaraq çox xeyirli otaq bitkiləri hesab edilirlər.
Kaktusun 3000-dən çox növü var. Bu bitkiləri "kiçik sehrbaz” da adlandırmaq olar. Səbəbi isə onların olduqları məkanı neqativ enerjidən təmizləmələridir. Məhz buna görə də əsəbi, kinli və neqativ emoasiyalara malik insanların mütləq evdə kaktus bəsləmələri lazımdır.
Kaktus bitkisi kompüter, televizor, telefon, modem və digər elektron qurğulardan yayılan elektromaqnit şüalarını qəbul edən və neytrallaşdıran yeganə bitkidir.
Energetik mübadiləçisi rolu oynayaraq kaktus zəka fəaliyyətini və düşünmə prosesini aktivləşdirmək qabiliyyətinə malikdir. Həmçinin bu bitki miqren xəstələrinə də yaxşı təsir göstərir. Buna görə də kaktusu əsasən iş yerlərində saxlamaq yaxşı nəticə verir.
Energetikası sayəsində kaktus filtr və ya süngər kimi özünə neqativ enerjini çəkərək insanın düşüncələrində harmoniya yaradır.
Qeyd: kaktus bitkisini yataq otağında və onun yaxınlığında saxlamaq məsləhət deyil. Yaxşı olardı ki, bu bitkini qonaq otağında, ya da mətbəxdə saxlayasınız.
Kaktusdan tibdən də geniş istifadə edilir. Onun şirəsi bakteriyaəleyhinə və göbələkəleyhinə xüsusiyyətləri ilə tanınır. Kaktusdan hazırlanan dərman preparatları bədəndə gedən iltihabi prosesləri aradan qaldırır, qan dövranını yaxşılaşdırır, cinsi orqanlara müsbət təsir edir.
Kaktusun şirəsindən revmatizm xəstəliyində, sulu və spirtli məhlulları isə hipotoniya və ürək-damar xəstəliklərində istifadə edilir.
Kaktusun opunsiya növündən mürəbbə hazırlanır. Kaktusun yeməli hissəsi 10 sm ölçüdə olan sarımtıl qırmızı meyvələridir. Meyvə şirin, təravətli, armudu və çiyələyi xatırladan dada malikdir. Onun tərkibinə zülal, şəkər, C vitamini və nişasta daxildir.
Opunsiya mədə-bağırsaq traktının pozulmalarında, mədə xorası, qastrit, şəkərli diabet, piylənmə, susuzlaşma, iltihab, qanaxmalar zamanı bədəni qüvvətləndirən vasitə kimi tətbiq edilir.
Kaktusun meyvələrini təzə halda, sobada bişirərək, mürəbbə və kompot formasında istifadə etmək olar. Meyvənin üzəri xırda tikanlarla örtülü olduğu üçün ondan istifadə edərkən qalın əlcək geyinmək lazımdır.
Kaktus mürəbbəsinin hazırlanması:
5 ədəd kaktus meyvəsini isti suda yarım saat saxlayın. Daha sonra onun qabığını soyaraq lətindən ayırın. Xırda doğrayaraq qazan tökün, üzərinə 2 stəkan şəkər tozu, yarım çay qaşığı darçın və 2 çay qaşığı limon şirəsi əlavə edin. Vam odda qaynayana qədər bişirin. 15 dəqiqə qaynadıqdan sonra qazı söndürərək soyudun. Tumlardan təmizləmək üçün tordan süzün.
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...