Cəbrayıla növbəti köç karvanı yola düşdü

08:14 30-09-2024 | icon 228 | Qarabağ
Cəbrayıla növbəti köç karvanı yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət 40 ailə (123 nəfər) Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.

 

Versus.Az xəbər verir ki, Cəbrayıl şəhərinə növbəti köç karvanı Bakı şəhərindən yola salındı.

 

Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə (123 nəfər) köçürülür. Onlardan 20 ailə (58 nəfər) Bakı şəhərindən, 11 ailə (37 nəfər) Sumqayıt şəhərindən, 3 ailə (10 nəfər) Abşeron rayonundan, 3 ailə (8 nəfər) Biləsuvar rayonundan, 2 ailə (6 nəfər) Saatlı rayonundan, 1 ailə (4 nəfər) Şəmkir rayonundan olan keçmiş məcburi köçkünlərdir.

 

Bununla da bugünkü köç də daxil olmaqla ümumilikdə 117 ailənin (364 nəfər) Cəbrayıl şəhərində məskunlaşması təmin edilib.

Xatırladaq ki, Cəbrayıl şəhərinə sakinlərin ilk qayıdışı bu il sentyabrın 26-da olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ