Torpaqların sənədləşdirilməsi ASANLAŞIR
Artıq vətəndaşlar birbaşa müraciət edə biləcəklər
Prezident İlham Əliyev “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib.
Dövlət başçısının imzaladığı fərmana əsasən, Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Bu yenilik uzun illərdir mübahisə mövzusuna çevrilmiş bir problemin həllinə “yaşıl” işıq yandıra bilər.
Bakı şəhəri və Abşeron yarımadasında 1990-cı illərin sonlarından başlayaraq tikilmiş kifayət qədər fərdi yaşayış ervləri var. Onların bir çoxunun mülkiyyəti təsdiq edən sənədi - “kupça” sı yoxdur.
Bəzi yaşayış evləri kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edildiyinə görə onları sənədləşdirmək çox çətin idi.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində minlərlə evlər tikilib, lakin onlara çıxarış verilməsi mümkün deyildi. Bu hallara respublikanın rayonlarında da rast gəlinirdi. Elə torpaq sahələri vardı ki, meşə fonduna aiddir. Amma fərdi evlər tikilib. Bu fərman kənd təsərrüfatı və digər torpaq sahələrinin təyinatının dəyişdirtilməsi baxımından əhəmiyyətli olacaq.
“İndiyə qədər torpaq sahələrinin təyimnatının dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətində olsa da bununla bağlı vətəndaşlar müraciət edə bilmirdilər. Yalnız rayon icra hakimiyyəti, bələdiyyələr Nazirlər Kabinetinə müraciət edirdi. Nazirlaər Kabinetinin qərarı ilə torpaqların kateqoriyasının dəyişdirilməsi həyata keçirilirdi. Bu da uzunmüddətli boir proses idi. Bəzən illər çəkirdi, uzun müzakirələr aparılırdı, dövlət qurumları tərəfindən müvafiq rəylər verilirdi. Amma indiki qaydalara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bilavasitə müraciətlər qəbul ediləcək. Torpaqların kateqoriyasının dəyişdirilməsi əsaslandırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq. Müsbət qərar olduqdan sonra qısa müddətdə-3 iş günü müddətində bu məsələ həllini tapmış olacaq.
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na əsasən, mülkiyyətçinin əsaslı müraciət daxil olduqda, kateqoriyanın dəyişdirilməsi mümkün olacaq.
Həmçinin tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərinin yaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, idman və digər sosial obyektlərin tikintisi, faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədən işlərinin həyata keçirilməsi məqsədi ilə də torpaqların kateqoriyasının dəyişdirilməsinə icazə veriləcək.
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsinə icazə verməyən hallar da var. Ərazinin inkişaf istiqamətlərinə uyğun olmadıqda, nəzərdə tutulan məlumatlar olmadıqda və qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi nəzərə alınmadığı hallarda kateqoriya dəyşikliyindən imtina ediləcək.
Yeni qanuna əsasən, təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi ərazi planlaşdırılması sənədlərinə, mühəndis-kommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda, ətraf mühitin mühafizəsinə və torpaq ehtiyatlarından səmərəli istifadə məqsədlərinə uyğun olmadıqda təyinatın dəyişdirilməsinə imkan verməyəcək.
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...