ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

12:55 04-10-2024 | icon 551 | Sağlamlıq
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin diaqnozu üçün tarixdə ilk dəfə təcili istifadə üçün testi təsdiqləyib.

 

Bu barədə təşkilatın saytında xəbər verilib. Bildirilib ki, "Abbott Molecular Inc." şirkəti tərəfindən istehsal edilən test virusun yayılması ilə üzləşən ölkələrdə diaqnostik imkanları əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir.

 

"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də virusun yayılmasına nəzarəti təmin edir", - deyə məlumatda vurğulanıb.

 

Qeyd edilib ki, bu, xüsusilə virusun test imkanlarının hələ də məhdud olduğu Afrika ölkələri üçün aktualdır. Afrika İttifaqının Xəstəliklərə Nəzarət Mərkəzinin 3 oktyabr tarixinə olan məlumatına görə, ilin əvvəlindən bəri regionda meymunçiçəyidən artıq 866 ölüm qeydə alınıb.

 

Meymunçiçəyi - adətən Mərkəzi və Qərbi Afrikanın ucqar bölgələrində rast gəlinən nadir virus xəstəliyidir. Lakin bu il yoluxma halları ABŞ, İspaniya, Fransa, Böyük Britaniya, İsveç və Mərakeş daxil olmaqla digər ölkələrdə də qeydə alınıb. Avqustda ÜST meymunçiçəyi epidemiyasını səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib və virusun qarşısının alınması üçün qlobal səylərin vacibliyini vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?

Yeni sirk proqramı hamını heyran etdi

Bu gün daha 4 görüş keçiriləcək

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ

Lənkəranda Veravulçay DAŞIB

Dəniz suyu içə bilən meymunlar aşkarlandı

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"

Hansı bağırsaq şişləri ən təhlükəlidir?