Bakı metrosu ilə bağlı PİS XƏBƏR

09:26 05-10-2024 | icon 379 | Sosial
Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “28 May” və “Ulduz” stansiyalarında sərnişin qatar yoluna düşüb. Bu, ilk belə hadisə deyil. İldə bir neçə dəfə metrostansiyalarda ölüm hadisəsi baş verir. Bəziləri ehtiyatsızlıqdan yıxılsa da, çoxu intihar məqsədilə özünü qatarın altına atır.

 

Yaponiya və başqa bir neçə ölkədə perronda sədd çəkilib ki, bu da yaşana biləcək bənzər hadisələrin qarşısını alır. Azərbaycanda da eyni tədbir görülə bilərmi?

 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, stansiyalarda belə səddin olması mütləqdir.

 

Onun fikrincə, bundan sonra təhlükəsizliklə əlaqədar sədd çəkmək olar:

 

“Təbii ki, metrostansiyaların layihələndirilməsi zamanı bunlar nəzərə alınmalı idi. Sonradan sədd qurmaq mürəkkəb prosesdir. Amma təhlükəsizlik baxımından çox vacib məsələdir. Hətta təhlükəsizliklə bağlı səddin quraşdırılması məqsədəuyğundur. Növbəti stansiyaların tikintisi zamanı bunlar nəzərə alınsa, çox yaxşı olar”.

 

O qeyd edib ki, metroda insan sıxlığı az qala pik həddə çatıb və belə məqamda təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, platforma qapıları ilə bağlı araşdırılma aparılıb və kifayət qədər böyük vəsaitin tələb olunduğunu məlum olub:

 

“Bu proses Metropolitenin infrastrukturunun bir sıra sahələrini əhatə etməlidir. Söhbət sərnişin təhlükəsizliyindən gedirsə, bu, hər aspektdə qiymətləndirilməlidir. Bir təhlükəsizlik problemini həll etdikdə digər problem yaradılmamalıdır. Təbii ki, müasir dünyada hər şey mümkündür. Amma platforma qapılarının quraşdırılması kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb edən işdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?

Yeni sirk proqramı hamını heyran etdi

Bu gün daha 4 görüş keçiriləcək

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ

Lənkəranda Veravulçay DAŞIB

Dəniz suyu içə bilən meymunlar aşkarlandı

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"

Hansı bağırsaq şişləri ən təhlükəlidir?