Kadırov iki deputatı və senatoru hədələdi
"Günahsızlıqlarını sübut etməsələr, qanla qisas alınacaq"
Çeçenistan (Rusiya Federasiyası) rəhbəri Ramzan Kadırov Moskvada "Wildberries" ofisi yaxınlığında baş verən atışmadan sonra Dağıstandan olan senator Süleyman Kərimov və Rusiya Dövlət Dumasının iki deputatı Beqxan Baraxoyev və Rizvan Kurbanova qarşı qan qisası elan edib.
O, öz "Telegram" kanalında vəziyyət barədə dəyərləndirmələrini paylaşıb.
Çeçenistan rəhbəri respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə görüşü zamanı vurğulayıb ki, "Wildberries" ofisində baş verən insidentə milli çalar vermək və məişət münaqişəsinə görə insanları bir-birinə qarşı qoymaq olmaz. "Əgər kiminsə kadırovçulara qarşı şikayəti varsa, o zaman şəxsən mənə bildirsinlər, çünki əsas kadırovçu mənəm", - deyə o bildirib.
"Wildberries" ətrafında baş verən hadisələrdən danışan Kadırov, həmçinin, Dağıstandan olan senator Süleyman Kərimov, parlamentarilər Beqxan Baraxoyev və Rizvan Kurbanovun da adını çəkib. "Şahidlər var, adamlar var ki, onlara sifariş veriblər, soruşublar ki, siz bu sifarişi nə qədər qiymətə qəbul edə bilərsiniz (Çeçenistan rəhbərinin aradan qaldırılmasına görə - red.)", - deyə Kadırov qeyd edib.
O, tabeliyində olanlar qarşısında çeçen dilində danışıb və Kadırovun nitqinin bu hissəsinin tərcüməsini TASS nəşr edib. "Əgər onlar əksini sübut etməsələr, mən Beqxan Baraxoyevə, Süleyman Kərimova, Rizvan Kurbanova qarşı rəsmi şəkildə qan düşmənçiliyi elan edirəm", - deyə o qeyd edib.
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub