Qərbin, ABŞ-ın iç üzünü açan çıxış və mesajları

18:01 10-10-2024 | icon 411 | Siyasət
Qərbin, ABŞ-ın iç üzünü açan çıxış və mesajları

Elşad Mirbəşir: “ABŞ humanizm prinsipindən, insani dəyərlərdən çox uzaqdır”

 

Bu gün özünü dünyanın “ağası” hesab edən Qərb, ABŞ özünün milli maraqlarını, beynəlxaq hüququn aliliyini təmin edən Azərbaycanı qərəzli iddiaları, ittihamları ilə hədəfə alıb. Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsini, mühüm transmilli layihələr əsasında Qərblə Şərqin açarı rolunda çıxış etməsini həzm etməyən ABŞ regionda yeni müharibə ocağı yaratmaq üçün işğalçı Ermənistanın maliyyələşdirilməsi və silahlandırılması istəyini tirajlamaqdan çəkinmir.

 

Beləliklə, Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda Qərbin, ABŞ-ın uzun illərdir Azərbaycana qarşı sərgilədiyi ədalətsiz, qərəzli münasibətini açıq və qətiyyətli şəkildə tənqid etməsi düşmənlərə növbəti mesajını verməklə gündəmi, dünya ictimaiyyətini silkələyir. Prezidentin Cəbrayıl şəhərində yeni yaşayış mənzillərinin açılışı zamanı dediyi sözləri ABŞ-a Minsk Qrupunun həmsədri olaraq heç vaxt öz məsuliyyətini dərk etmədiyini bir daha xatırlatmaqla ABŞ-ın, Fransanın iç üzünü göstərdi.

 

Prezident çıxışında bu ölkələrin daim Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışdığını deyib. Prezident Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğunu,  torpaqlarımızın təxminən 20 faizini işğal etdiyini, etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, bütün şəhər-kəndlərimizi viran qoyduğunu bəyan etməklə  bu gücləri haqqa çağırıb, onlara öz xəbərdarlığını edib.  

 

“O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”- deyə Prezident deyib.

 

Prezidentin çıxışından sonra Milli Məclis deputatlarının Azərbaycan xarici işlər nazirinə ünvanladığı müraciətdə də bu xüsusatlar yer alıb. Deputatların müraciətində bir sıra dairələrin Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşdüyünü, ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciətin də bu qəbildən olduğunu bəyan ediblər. Müraciətdə Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu “müraciət” qəbuledilməz hesab edilib.

Deputatlar öz müraciətində bildirib ki, ABŞ senatı Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirib. “Azərbaycanı “etnik təmizləmə”də ittiham edən ABŞ konqresmenləri Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermirməyiblər.

ABŞ “Azərbaycanda həll olunmamış ərazi münaqişələri” deyir.  Qarabağ münaqişəsi həll olunub. Bu gün ABŞ özünün əlaltı dövlətləri ilə bu reallığı dəyişmək üçün müxtəlif bəhanələrlər hərəkətə keçidb. Lakin 30 il səbrlə gözləyəndən sonra nəhayət ö milli maraqlarını özünün gücü ilə təmin edən Azərbaycan xalqının, dövlətinin beynəlxalq hüququqn aliliyini də bərpa etdiyini unudurlar”- deyə deputatlar öz müraciətində bildiriblər.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə danışan professor Elşad Mirbəşir mühüm nüanslara diqqət çəkiblər.

 

Professor Elşad Mirbəşir bildirib ki, ABŞ-ın Azərbaycana qarşı hazırki qərəzli münasibəti yenilik deyil və bu münasibt Azərbaycanın müstəqilliyi dövründən bu günə qədər  açıq və görünməyən formada davam edib.

 

E.Mirbəşir ABŞ-ın Azərbaycana qarşı qərəzli yanaşmasını bir sıra faktlarla önə çəkib:

 

"Hələ 1992-ci ildə Ermənistan sistemli şəkildə Azərbaycan torpaqlarını işğal edir, Azərbaycan xalqına qarşı terror həyata keçirirdi. Əslində ABŞ həmin dövrdə Ermənstana qarşı sanksiyalar tətbiq etməli idi. Amma paradoksal reallıq ondan ibarət oldu ki, ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Bu Ermənistana açıq dəstək mesajı idi. ABŞ heç bir halda yanlışlıqla Azərbaycana qarşı Azadlığa Dəstək Aktına 907-ci düzəlişi qəbul etməmişdi. ABŞ məqsədli şəkildə Ermənistana dəstək olmaq üçün bunu etmişdi.  Bu da ABŞ-ın Ermənistana "Azərbaycana qaeşı işğalını davam et" mesajı idi. Bu, işğalçılıq siyasətini həyata keçirən Ermənistanı daha da ruhlandırdı. Ermənistan bu düzəlişdən sonra Azərbaycana qarşı işğalını daha da intensivləşdirdi, daha da qanlı cinayətlər həyata keçirdi. Bu bir reallıqdır. Sonrakı dönəmdə də Amerika Azərbaycana qarşı hər zaman istər öz maraqları, istərsə də erməni lobbisinin təsirləri altında Ermənistana dəstəklərini davam etdirdi. Erməni lobbisinin ofisi ABŞ-da fəaliyyət göstərirdi.

Bunun özü də ona dəlalət edirdi ki, ABŞ Azərbaycanın dövlət müstəqillyii şübhə altına salır. Halbuki, Azərbaycan Qarabağ da daxil olmaqla hazırki sərhədləri çərçivəsində BMT-yə üzv qəbul olunmuşdu. Amma ABŞ, onun yanında Fransa hər zaman təcavüzkar. işğalçı, terrorçu Ermənistana dəstək olub. Onun mövqeyi dəyişməz olaraq qalır və bunun dəyişəcəyinə ümid etmək sadəlohvlükdür”. 

 

E.Mirbəşir Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməklə əslində ABŞ-ın, Fransnın yerinə yetirməli olduğu missiyanı yerinə yetirdiyini qeyd edib. Professor ABŞ və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu xatırladaraq, əsas məqsədlərinin keçmiş Ermənistan-Azərbaycan  münaqiəsini dinc yolla tənzimləmək olsa da, işğalçılıq siyasətinə dəstək nümayiş etdirirlər. Ermənisatanın işğalçılıq siyasətinin ömrünü maksimum uzatmağa çalışırlar. bu həmsədrlərin əsas məqsədi Azərbaycan ərazilərinin anneksiyası istiqamətində hüquqi əsas yaratmaq idi:

 

“Azərbaycan hər zaman özünün ərazilərini hərbi yolla azad etmək gücündə idi. Sadəcə olaraq regionda geniş miqyaslı müharibənin olmaması, qan tökülməməsi, həm də humanizm prinsiplərinə söykınərək keçmiş münaqişə vəiyyətini dinc vasitələrlə tənzimləmənin tərəfdarı idi. Lakin qarşı tərəf özünü fərqli aparırdı, ölkəmizə qarşı hərbi təxribatlarını, təcavüzünü davam etdirirdi.

2020 -ci ilin iyul aylarını yaxşı xatırlayırdıq. Hələ 2019-cu ildə Ermənistanın müdafiə naziri Tanayan açıq şəkildə bildirdi ki, biz yeni ərazilər naminə yeni müharibə aparmaq istəyirik. Bu onu göstərirdi ki, Ermənistan işğalçılıq siyasətini davam etdirmək istəyir. ABŞ hər zaman Ermənistana dəstək olurdu. Azərbaycan ərazilərini Ermənistanın torpaqlarını işğaldan azad edəndən sonra Konqresdə ölkəmizə qarşı dəfələrlə qərəzli müzakirələr həyata keçirildi. BMT TŞ platformasında ölkəmizə qarşı qərəzli müzakirələr, qərəzli qətnamələrin qəbul olunmasına cəhdlər edilirdi. Bunun arxasında ABŞ dayanırdı. Bu gün ABŞ Konqresinin 60 üzvü sanksiyarın tətbiqi üçün çağırış edirlər. Bu riyakarlıq növbəti dəfə göstərir ki, ABŞ humanizm prinsipindən, insani dəyərlərdən çox uzaq ölkədir”.

 

E.Mirbəşir eyni zamanda ABŞ-ın marginal maraqlarına diqqət var. onun fikrincə, kim o marginal maraqların həyata keçməsində rol oynaya bilirsə, ABŞ ona dəstək göstərir və  başqa xalqların taleyi, gələcəyi bu ölkə üçün maraqlı deyil. Professor bu gün ABŞ-ın Azərbayaca qarşı siyasi hücumlarının əsasında konkret bir sıra vacib məqamların dayandığını qeyd edib:

 

“Birinci başlıca məqam ondan ibarətdir ki, Azərbaycan öz milli maraqları çərçivəsində tam müstəqil siyasət həyata keçirən dövlətdir. ABŞ belə rejimləri qəbul etmir. Düşünür ki, bütün dünyann xalqları yalnız bir vahid mərkəzin maraqlarına xidmət eləməli, davranışlarında bunu nümayiş etdirməlidir. Yəni ABŞ-ın dəstəklədiyi dünya düzəni təkqütblü dünya düzəndiir. ABŞ özünün başında dayandığı təkqütblü dünyanın prinsiplərinə uyğun digər dövlətlərin də davranış sərgiləyəcəyini gözləyir. Azərbaycan isə bunu qəbul etmir, tam müstəil siyasət yeridir, ABŞ-ın eqoist maraqlarına xidmət etmədiyini göstərir. Belə olan halda ABŞ ölkəmizə qarşı hücumlarə həyata keçirir. Azərbayan çox gözəl dərk edir ki, dünyanın gələcəyi təhlükəsizliyi çoxqütblü dünya düzənindən asıldr. Beynəlxalq təhlükəziliyin əsas qarantı rolunda məhz çoxqütblü dünya çıxış edir.

Bu gün Azərbaycan BRICS-ə olmaq istəyini bildirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirkçılq sərgiləməkdədir. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq rifaha xidmət edən mövqe sərgiləyir və bu mövqe həmçinin Azərbaycanın milli maraqları ilə uzlaşır.

İkinci məqam ondan ibarətdir ki, ABŞ regionda müharibə amili faktorunun aradan qaldırılmasını istəmir. Münaqişə amili ABŞ və Fransaya regionda öz varlıqlarını təmin etmək imkanı verirdi. Azərbyacan münaqişə amilini aradan qaldırmaqla ABŞ-ın əlindəki bu imkanı aradan çıxartmış oldu. Azərbayacnın atmış olduğu addımları Cənubi Qafqaza sabitlik, təhlükəszilik imkanları gətirdi. Bu da ABŞ-ı qane etmir. Bu gün dünyanın müxtəlif nöqtələrində Ukraynada, Yaxın Şərqdə ABŞ-ın məhz yaratmş olduğu münaqişələr var. Bu acı proses bu gün də davam edir və pərdəarxası dirijoru ABŞ-dır”.

 

E.Mirbəşir hesab edir ki, bütün bu faktorları ciddi şəkildə arqumentləşdirərək beynəlxlq ictimaiyyətin diqqətinə çatdırmq lazımdır. Çünki ABŞ-ın hegemon polis rolu dünyaya ciddi bəlalar gətirir və bu bəlaya qarşı mübarizə aparmaq istəkləri ortaya qoyulmaqdadır:

 

“Belə olan halda ABŞ Azərbaycana qarşı hücumlarını intensivləşdirir. Lakin Azərbaycan özünün güc mövqeyinə sahibdir. Azərbaycan özünün güc mövqeyinə, beynəlxalq platformalarda öz təsir imkanlarına söykənərək öz milli maraqlarını çox inamla müdafiə edir. Ona görə də ABŞ-ın bundan sonrakı cəhdləri bəri başdan fiaskoya düçardır”.

   

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?

Yeni sirk proqramı hamını heyran etdi

Bu gün daha 4 görüş keçiriləcək

Lənkəranda Veravulçay DAŞIB

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

Dəniz suyu içə bilən meymunlar aşkarlandı

"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"

Hansı bağırsaq şişləri ən təhlükəlidir?